Nazir RÜŞVƏT MAFİYASINA rəvac verir - İTTİHAM
Gündəm / Sosial
Oxunub: 703
28 Ekm 2019 | 17:11
Nazir RÜŞVƏT MAFİYASINA rəvac verir - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazir kür-süsünə əyləşdiyi 18 ayda ölkə əhalisinin əlil, şikəst, təqaüd, sosial yardım alan və təqaüd almalı olan kəsiminin vəziyyətini daha da ağırlaşdırıb desəm, buna şübhə etməyin. Bununla da o, əlil insanların ailəsini ac qoyub, özlərini isə intihar həddinə çatdırıb. Bu yolla dövlət büdcəsindən ayrılan vəsaitə "qənaət" edərək, əlillərə zülm etməkdən belə, çəkinmir

Nazir kürsüsünə əyləşən gündən nazirlikdə gördüyü işləri, etdiyi yanlış hərəkətləri yaxından təqib edən, izləyən şəxs kimi, deyə bilərəm ki, Sahil Babayev xalqa divan tutur, millətin sosial müdafiəyə möhtac olan kəsimini daha ağır duruma salmaq üçün əlindən gələni əsirgəmir. Gundemxeber.Az paralel.az-a istinadən bildirir ki, bu barədə olan faktlar Sahil Babayevin xalqımıza dost olmadığını təsdiq edir. Gəlin, faktlara müraciət edək:

Birinci fakt: Sahil Babayev nazir postuna əyləşən kimi, nazirliyin peşəkar, təcrübəli əməkdaşlarını ucdantutma sabiq nazir "Səlim Müslümovun kadrları" kimi, ölkə qanunlarına, Əmək Məcəlləsinə məhəl qoymadan, işdən çıxardı, onların vətəndaş kimi Konstitusiya hüququnu ayaq altına atıb, tapdaladı. Qanunsuzluq törədən Sahil Babayevə Konstitusiyanı, Əmək Məcəlləsini və vətəndaşların hüququnu təmin edən qanunları "ayaqlama", - deyən olmadı! Nazirliyin peşəkar əməkdaşlarının və mütəxəssis kadrların yerinə isə, təcrübəsiz qohum - əqrabasını, tələbə yoldaşlarını, pivə və domino həvəskarı olan dostlarını gətirdi. Xalq arasında deyildiyi kimi, nazirlik "bardağa" döndü, amma yenə də Sahil Babayevə "dur", - deyən olmadı. Əksinə, Nazirliyin işinə nəzarət etməyə məsul olan şəxslər dinmədilər, çünki Sahil Babayev hər yerdə özünü "ailənin yaxın adamı" kimi təqdim edir.

İkinci fakt: Sahil Babayev, guya, ölkədə işsizliyi aradan qaldırmaq üçün "Özünüməşğulluq proqramı" layihəsini həyata keçirərək, insanlara verilən sosial yardımı dayandırdı, şəxsi təsərrüfat yaratmaq məqsədilə insanlara sağlam damazlıq heyvan əvəzinə xəstə və yararsız heyvanlar sırıdı və bununla da dələduzların külli, miqdarda dövlət vəsaitini mənimsəməsinə şərait yaratdı. Bu da yardıma ehtiyası olan insanların böyük narazılığına səbəb oldu. Ölkə mətbuatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xalqın başına gətirdiyi bu rüsvayçılıqları ifşa etdi. Nazirlik əməkdaşlarının aldatdığı insanların etiraz səsi ölkədə böyük rezonans doğurdu. Bununla belə, Sahil Babayevin ölkədə yaratdığı etirazlara əhəmiyyət verən olmadı.

Üçüncü fakt: Sahil Babayevin müalicəyə ciddi ehtiyacı olan əlillərə biganə münasibəti səbəbindən sağlamlıqlarını Qarabağ müharibəsində itirən bir qrup müharibə əlili vaxtından əvvəl dünyasını dəyişdi. Sahil Babayevin bütün fəaliyyəti boyu aydın hiss edilən ən ciddi nöqsanı odur ki, o, dövlət büdcədən əlil, zəlil, imkansız insanların sosial müdafiəsinə sərf olunmaq üçün ayırılan külli- miqdarda dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədi və özünə yaxın əməkdaşlar tərəfindən mənimsənilməsinə imkan yaratdı..

Dördüncü fakt: Sahil Babayev Səlim Müslümovun dövründə saxta əlillik dərəcəsi alan insanları aşkar etmək məqsədilə böyük işlər həyata keçirdi və bu, alqışlanası bir haldır. Lakin çox təəssüflər olsun ki, bu proseslərin gedişində rüşvətxorluğa meydan verilir və saxta əlillik dərəcəsi alanlardan daha çox, rüşvət vermək imkanı olmayan həqiqi əlil insanların təqaüddən məhrum edilmə hallarına rast gəlinir. Proses bu gün də davam edir, insanlar ölkənin hər yerindən nazirliyin Bakıda yerləşən Ekspertiza Mərkəzinə çağrılır. Mərkəzin şöbə müdiri Mətanət Məmmədovanın rəhbərlik etdiyi komissiya insanları təkrar müayinədən keçirir. Müayinə zamanı əlil insanların xəstəliyini təsdiq edərkən, tapşırılan və rüşvət verən insanların əlillik dərəcəsi qüvvədə saxlanır, digər əlillərin dərəcələri isə heç bir əsas göstərilmədən ləğv edilir.

Nazirin mətbuata verdiyi son açıqlamasında da 2500 nəfərin əlilliyinin ləğv edildiyi və 1800 nəfərin sosial yardımının dayandırıldığı bildirilir. Biz də mətbu orqan olaraq, ölkədə gedən bu prosesləri təqdir edirik. Ölkədə saxta əlillik və sosial yardım alanların çox olduğuna da şübhə etmirik. Ancaq, bu prosesdən də nazirlik əməkdaşlarının qazanc məqsədilə istifadə etmələrinin də fərqindəyik.

Əgər bu günə qədər nazirlik 2500 nəfər insana saxta əlilik və 1800 ailəyə saxta sosial yardım veribsə, saxta əlilik dərəcələri verən müalicə həkimləri və Tibbi Sosial Ekspert Komissiya sədrlərinin, hər kəsdən 3-5 min manat rüşvət alan baş həkimlərin və insanların saxta sosial yardım almasını təşkil edən DSMF - nin yerli şöbə rəhbərləri niyə məsuliyyətə cəlb olunmur? Bu sualın cavabı aydındır, bəs, niyə onlardan külli- miqdarda rüşvət alınır və heç bir cəza verilmədən vəzifədən azad olunurlar?!

Yəni, ƏƏSM nazirliyində hazırda əlillər arasında aparılan təkrar müayinələr və buna oxşar digər əməliyyatlar ölkə Prezidentinə məruzə edildiyi kimi, heç də sağlam təməldə getmir və Nazirliyə toplaşan peşəkar rüşvət mafiya üzvləri nazirin təcrübəsizliyindən məharətlə sui-istifadə edirək, külli- miqdarda rüşvət yığırlar. Zərbə isə xalqa və dövlətə dəyir.
Gundemxeber.Az
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ