Meyiti 25 metrlik quyudan tapılan Elvinin qətlinin pərdəarxası: ŞOK DETALLAR +VİDEO

Oktyabrın 25-də Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusundan meyiti tapılan Elvin Həbibzadənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
xeber.info-ın Femida.az -a istinadən məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakini Səbuhi Ələkbərov və yaxın qohumu Rəşad Fətullayevlə Elvin Həbibzadə arasında borc üstündə mübahisə olub. Belə ki, qətlə yetirilən Elvin Həbibzadə qarşı tərəfdən müxtəlif vaxtlarda uyuşdurucu maddələr alaraq istifadə edib. Ancaq pulunu ödəyə bilmədiyi üçün 3 min manatdan çox borcu yaranıb. Həmin borc üstündə tərəflər arasında dəfələrlə mübahisə yaranıb. Sonuncu mübahisə zamanı onlar Elvindən ya pulu verməyi, ya da maşınını sataraq pulu ödəməyi tələb ediblər. Bu zaman qətlə yetirilən Elvin Həbibzadə nalayiq söyüşlə Səbuhi Ələkbərovu təhqir edib. Mübahisə Elvin Həbibzadənin avtomobilində baş verib. Tərəflər arasında qarşılıqlı mübahisə zamanı ilk olaraq Elvin Həbibzadə onunla mübahisə edən Səbuhi Ələkbərova bıçaq zərbəsi endirib. Bu zaman arxada oturan qohumu Rəşad Fətullayev qayçı ilə Elvin Həbibzadənin boğazına zərbələr endirərək onu həyatdan məhrum edib.
Elvinin öldüyünü gördükdən sonra izi itirmək üçün onun meyitini elə öz avtomobilinə qoyaraq Xəzər rayonuna gətirərək, S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Daha sonra mərhum Elvin Həbibzadəyə məxsus "BMW" avtomobilini dəyərindən dəfələrlə ucuz qiymətə 4 min manata başqa bir sakinə satıblar. Avtomobili alan şəxs salonda qan izlərini gördükdən sonra şübhələnib. O, avtomobilin qaçırıldığını düşünüb və hər hansı hadisənin baş verdiyindən şübhələnərək polisə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı polis hadisənin üstünü açıb və Elvin Həbibzadənin meyiti 25 metrlik su quyusundan tapılıb. Səbuhi Ələkbərov və Rəşad Fətullayev törətdikləri cinayəti etiraf ediblər. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
27-06-2026, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
27-06-2026, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
27-06-2026, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
25-06-2026, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
25-06-2026, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
25-06-2026, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
25-06-2026, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib