""Risovkalıq” etməklə işini bitmiş sayır..." - Sahil Babayevə ittiham
Gündəm / Sosial
Oxunub: 627
28 Ekm 2019 | 10:28
""Risovkalıq” etməklə işini bitmiş sayır..." - Sahil Babayevə ittiham

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyalarına əlavələrin verilməməsi ilə bağlı növbəti müraciətini yayıb.

Hərbi ekspert yaranan problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi ittiham edib.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sosial şəbəkədə yaydığı müraciəti təqdim edirik:

"Ölkədə ən böyük narazılıq yaradan və altdan-altdan öz irsi köklərinə bağlı olduğunu sübut edən Sahil Babayev adlı nazir deyəsən, yavaş-yavaş həddini aşır. Onun keçən həftələrdə dövlət başçısına şikayətlənməsi və özündə hardasa bir qədər arxayınlıq yaratması deyəsən, çox böyük toqquşmalara səbəb olacaq. Bu adam hələ də öz vəzifəsinin məsuliyyətini dərindən anlamır”.

Polkovnik Cəfərov Ali Baş Komandan cənab İlham Əliyevə yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin güc strukturlarının yüz minlərlə pensiya və təqaüdçüsünü ələ salması, onların halal maliyyə vəsaitlərini verməyi bilərəkdən yubatması sabotaj və təxribatdır:

"Hərçənd ki, Sizə bir çox hallarda yalan rəqəmlər və məlumatlar çatdırırlar. Sahil Babayev isə Sizə qarşı ən böyük narazılıq və inamsızlıq yaratmağa çalışan şəxslərdən biri və bəlkə də birincisidir. Onu nazirlikdən uzaqlaşdırın. Bu cavan oğlan yalan (S. Babayevi nəzərdə tutur - red.) danışmaqla, "risovkalıq” etməklə işini bitmiş sayır.

Siz necə istəyirsiniz, elə də qəbul edin. Ölkədəki narazılıqların xeyli hissəsini Sahil Babayev yaradıb və yaradır. Çox təəssüflənirəm ki, Baş prokuror və Hərbi prokuror bu məsələdə seyrçi mövqe tutur, passivlik və qorxaqlıq nümayiş etdirirlər”.

Hərbi ekspert bildirir ki, yüz minlərlə insan, onların ailə üzvləri də Sahil Babayevin fəaliyyətindən narazıların siyahısına əlavə olunarsa, çox böyük rəqəm alınar: "Bilərəkdən, ya bilməyərəkdən onları narazı salmaq isə harınlıq və düşmənin maraqlarına xidmət etmək kimi başa düşülməlidir. Mən bunu belə qəbul edirəm”,- deyə Ü. Cəfərov müraciətində bildirir.

Polkovnik Cəfərov həm öz adından, həm də Silahlı Qüvvələrin ehtiyatda və istefada olan şəxsi heyəti adından Ali Baş Komandandan xahiş edir ki, nazir Sahil Babayev və digər məmurlarla bağlı verilən məlumatlara inanmasın: "Onlar utanmadan Sizi aldadırlar. Çoxsaylı faktlardan biri budur: güc strukturlarında çalışmış şəxslərin pensiya və təqaüdləri verilmir”.

Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Miq.Az
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ