Mikayıl Cabbarovdan monopoliya yaradanlara xəbərdarlıq - VİDEO

İqtisadi inkişafın, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr qarşımızda durur.
Oxu.Az-ın məlumatına görə, bunu AzTV-yə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə İqtisadiyyat Nazirliyi öz işini müsbət bünövrə üzərində davam etdirəcək.
“Ölkəmizdə makroiqtisadi vəziyyətə nəzər salsaq, görərik ki, prinsip etibarilə müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir. Makroiqtisadi sabitlik təmin olunub.
Artıq son 10 ay ərzində biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni “kölgə”dən “ağ”a çıxmaq meyillərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin sayının artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük”.
Nazir qeyd edib ki, maliyyə sektorunda, banklarda olan vəsaitlərin sürətli artımı müşahidə edilir.
M.Cabbarov iqtisadiyyatda olan çatışmazlıqlardan da danışıb və söyləyib ki, qarşıda yeni hədəflər var:
“Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük.
Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılmasıdır. Başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəfləri var.
Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin, büdcənin, həm də vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq”.
M.Cabbarov Azərbaycanda antiinhisar sahəsində problemlərin hələ də qaldığını vurğulayıb.
“Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq”, - deyən M.Cabbarov əlavə edib ki, bu, özünü müxtəlif amillərdə büruzə verir:
“İlk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən, çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir”.
Nazir deyib ki, vergi siyasətini iqtisadiyyatın rəqabət qabiliyyətliliyi amili kimi qiymətləndirirlər.
“Düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu, öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.
Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə, burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir.
Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu, tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır. İnfrastruktur təminatını, xidmətləri təmin edən qurumların tariflərinin dərəcələri, ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir.
Bu mənada, inanıram ki, bizim müvafiq dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə işləyərək birgə qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik.
Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakın daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməsi – bunun həm kiçik və orta biznesə olan təsiri, bunun həm ölkəyə cəlb edilən sərmayələrin, xüsusilə də xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir.
Qeyd etməliyəm ki, digər sahələrdə də olduğu kimi biz heç də öz işimizi sıfırdan başlamırıq. Son illər ərzində bütün sahələrdə işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq o sahələrdə ki çatışmazlıqlar var, o sahələrdə ki təkmilləşmələrə ehtiyac var, işləyərək həyata keçirəcəyik”.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Bugün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Bugün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb