Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”
Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.
Bu haqda “Yeni Sabah”a müraciət edən sakinlər deyir ki, hazırda kəndlilərin heyvan otarmaq üçün örüş sahələri, demək olar, qalmayıb. Sakinlərin sözlərinə görə, 200 hektar dağətəyi zonada yerləşən örüş sahəsisə şumlanıb və hazırda həmin ərazidə əkin işləri aparılır:
"Sözügedən ərazi kənd sakinlərinin xəbəri olmadan, 2004-cü ildə bələdiyyə tərəfindən "Batabat" MMC-yə icarəyə verilib. "Batabat" sözügedən ərazinin bir hissəsində həmin ildə üzüm bağı salmışdı. Amma nədənsə bir-iki ildən sonra bağa nəzarət dayandırıldı və bağ solub qurudu. "Batabat" nümayəndələri Bicodan o gedən oldular. Sonradan həmin ərazini keçmiş icra başçısı Ənvər Seyidəliyev özü üçün taxıl sahəsinə çevirmişdi, ta ki, bu ilə qədər. Bu il isə guya "Batabat" MMC həmin 200 hektar ərazini notarial qaydada Ağsuda yerləşən "Rauf inşaat" adlı MMC-yə verib. Və artıq sahədə əkin aparılır. Maraqlıdır ki, bu vaxtadək "Batabat" MMC harda idi və 13 ildə maraqlanmadığı torpaqları başqasına necə icarəyə verə bilir? "
Camaatın sözlərinə görə, bu ayın 8-də Bico kəndində keçirilən görüş zamanı yeni başçı Vahid Tağıyevə bu barədə məlumat verilib: "Başçı kənd rəhbərliyinə dərhal işin dayandırılması üçün göstəriş verdi. Lakin iki gündən sonra işlər davam etdirildi. Məlumata görə, işlərin davam olunmasına şəraiti rayon icra hakimiyyətinin qəbul şöbəsinin müdiri Cahangir Məhərrəmov yaradıb. Çünki C. Məhərrəmov həmin ərazidən özü üçün də 30 hektar yer götürüb. C. Məhərrəmov başçıya nə deyib, necə deyibsə, başçı örüş sahəsinin əkilməsinə mane olmayıb. Dövlət xəritəsində sözügedən ərazi örüş sahəsi kimi qeydiyyatdadır, lakin orda marağı olan məmurlar başçıya yalan məlumatlar verərək, onu fikrindən döndəriblər. Belə olmasaydi, icra başçısı kənd camaatının örüş sahələrini özlərinə qaytartdırardı.
İstər dağlıq, istərsə də dağətəyi ərazilər hamısı zəbt olunub. Eləcə də qonşu kəndlərə yaxın olan Bico əraziləri də bələdiyyə tərəfindən hər il qonşu kəndlərdən olan şəxslərə satılır. Bico kəndi mühasirədə qalıb. Bu barədə Prezidentə və Birinci Xanıma kənd sakinləri adından yazılı müraciət də olub. Lakin hələ xəbər yoxdu. Ola bilsin, məktublar yolda "itib". Amma camaat ümidini itirməyib, inanır ki, ölkə rəhbərliyi Bico kəndindəki məmur özbaşınalığına son qoyacaq, kəndin bütün örüş sahələrini geri qaytarıb, kənd camaatının özünə bölüşdürəcək. Yerli orqanlardan kömək olmadığından, bicolular ümidlərini yalnız Prezidentə və Birinci Xanıma bağlayırlar".(“Yeni Sabah”)
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ