Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”
Hökumətin iqtisadi blokunun genişləndirilmiş iclasında sosial müdafiə sferasında vaxtilə hökm sürən özbaşınalığa görə Prezident İlham Əliyevin səsləndirdiyi tənqidlərdən əsas pay sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova düşür.
Dövlət başçısı çıxışında sosial müdafiə sferasında mövcud vəziyyəti dəyərləndirərək, ötən ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş Sahil Babayevin fəaliyyətini təqdir edib:
"Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.
Prezidentin bu yanaşması "yeni kadrlar” sırasında olan nazir Sahil Babayevin sələflərindən fərqli olaraq, öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir.
Ancaq hər kəsə məlumdur ki, ölkədə ən problemli və vətəndaşların şikayətlərinin ardı-arası kəsilməyən sahələrdən biri məhz əhalinin sosial müdafiəsi sferası olub. Ancaq əlbəttə ki, digər sahələr kimi, sözügedən sferada da problemlər bir gündə yaranmadığı kimi, onların aradan qaldırılması da qısa müddətin işi deyil. Necə ki, Ələkbərovdan sonra 5 il o postu tutmuş Səlim Müslimov da sələfinin yaratdığı "bataqlıq”da baş çıxara bilmədi.
Problemlərin qalaqlanması isə daha çox o sahəyə 7 il (2006-13) rəhbərlik etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş "şef”i Füzuli Ələkbərovun dövrünə təsadüf edir. Bu da səbəbsiz deyil. Çünki Azərbaycana neft pullarının daxil olması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılması həmin illərdən başlayır.
Ünvanlı sosial yardımların ayrılması, təqaüdlərin hesablanması, əlillərin müəyyənləşdirilməsi və başqa məsələlərdə yol verilən ciddi pozuntular məhz Füzuli Ələkbərovun nazirliyi dönəmində vüsət alıb. Xüsusilə, ünvanlı sosial yardımların verilməsi zamanı Nazirlik əməkdaşlarının "50-nin 50-yə” sistemini tətbiq etmələri dövlətin nüfuzuna vurulan rəzil zərbə kimi dəyərləndirilir.
Ələkbərovun və ailə üzvlərinin dövlətçiliyə "töhfə”sinin zirvəsi isə 2013-cü il İsmayıllı hadisələri oldu. Qardaşının icra başçısı olduğu İsmayıllını şəxsi mülkləri olaraq görən Ələkbərovun ailə üzvlərinin harın davranışları rayonda real üsyyan şəraiti yaratmışdı. Yalnız ölkənin ali rəhbərliyinin vaxtında müdaxiləsi və Ələkbərovların görəvdən alınmaları İsmayıllıda gərginliyin böyüməsinə imkan vermədi.
Lakin Ələkbərov vəzifəsinin itirdikdən sonra da "nazir hikkəsi”ndən əl çəkməyib və səlahiyyət sahibi olduğu dövrdə qurduğu biznes "imperiya”sını genişləndirmək üçün qanunsuz əməllərini davam etdirməkdədir.
Bu məqsədlə sıravi vətəndaşların həyatını cəhənnəmə çevirən, biznes rəqiblərini sıradan çıxarmaq üçün bütün vasitələrə əl qatan Ələkbərov Bakının mərkəzi ərazilərində bir neçə yeri zəbt edərək, vergidən yayınmaqla, qanunsuz avtoparklar açıb, sərvətini artırmaqdadır.
Bundan başqa, sabiq nazirin harınlığı o həddə çatıb ki, Sahil qəsəbəsində onun villasından hündür evin tikilməsini belə qadağan etmişdi. Qəsəbə sakinləri Ələkbərovun bu qanunsuz məhdudlaşdırmaları nəticəsində bir addımlığında olan dənizə yaxın düşə bilmirlər.
Keçmiş nazirin dözülməz əməlləri qəsəbə sakinlərinin və müstəqil iş adamlarının səbr kasasını daşırsa da, Ələkbərov hələ ki "toxunulmazlıq” ovqatındadır. Görünür, qanunsuz hərəkətlərini davam etdirən keçmiş nazir "İsmayıllı qiyamı”nı təkrarlamayana qədər layiq olduğu cəzanı almayacaq.
www.yenicag.az
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ