DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...
Gündəm / Sosial
Oxunub: 675
16 Ekm 2019 | 16:54
DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...

Redaksiyamıza Qarabağ Qaziləri adından müraciət daxil olub. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikası Prezidentinin 20.06.2014 tarixli 569 saylı sərəncamı ilə 2014-cü ilin 1 yanvarına kimi mənzil növbəsində dayanan Qarabağ savaşı əlilləri və şəhid ailələrinin 2014-2018 -ci illər arasında mənzillə təmin olunmaları qərara alınıb. Lakin artıq 2019-cu il başa çatmaq üzrədir, hələ də “beşillik plan”ın 6-cı ildə də icra olunmayacağı göz önündədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sözügedən sərəncamını icra etməyə borclu olsa da, borcunu yerinə yetirməkdən imtina edib və çıxış yolunu. .. prezidentin sərəncamını əlil və şəhid ailələrinin ziyanına dəyişməkdə tapıb. İlin əvvəlində dövlət başçısının həmin 569 saylı sərəncamındakı “2014-2018-ci illər” sözləri “2014-2028 -ci illər “ ifadəsi ilə əvəz olunub. Başqa sözlə, 2014-cü ilin yanvarın 1-ə kimi mənzil növbəsində dayanan əlil və şəhid ailələrinin beş il ərzində yox, 15 il ərzində mənzillə təmin olunmaları təsbit olunub. Göründüyü kimi, prezidentin sərəncamı əlil və şəhid ailələrinin xeyrinə yox, ƏƏSMN məmurlarının özbaşınalığına xidmət edir. Fikrimizcə, Konstitusiya Məhkəməsi “beşillik plan”ın “onbeşillik”lə əvəz olunmasına hüquqi qiymət verilməsini təmin etməlidir . Amma Ana məhkəməyə müraciət etmək elə ƏƏSMN -in görəvi olduğu halda, bunu edərmi? Təsəvvür edin, ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə nə Prezident sərəncamıını icra edib, nə də dövlətin adından çıxarılan 20.06.2016 tarixli məhkəmə qərarını. Halbuki Konstitusiyanın 149-cu maddəsinə görə prezident sərəncamının, fərmanının, 129 -cu maddəyə görə məhkəmə qərarlarının icrası məcburidir. Əminə xanım Seyidzadə isə , ümumiyyətlə , məhkəmə qərarını görməzliyə vurur. Nə qərarı qəbul etmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin özü, nə Ədliyyə Nazirliyi , nə də hüquq mühafizə orqanları məmur xanıma “ gözünün üstündə qaşın var” deyir. Qarabağ əlilinə məhkəmə qərarı ilə borclu edilən ƏƏSMN yanında DSMF-in sosial proqramlar şektoru borcunu ödəməkdən imtina edir, amma Suraxanı icra məmuru Vüsal Əliyevin saxta məktubu ilə xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin pensiyasını “Rəvan” sığorta şirkətinə ödəməklə yarıqat edir! (?) Absurdluğa baxın, borclu olduğu məhkəmə qərarını icra etməyən dövlətin sosial müdafiəsi fondu Qarabağ əlilinin pensiyasını sifarişlə yarıqat edib və hələ də geri tələb etmir. Bəyəm fondun Qarabağ əlilinin pensiyasını hansısa dələduz sığorta şirkətinə ödəmək borcu var? Qarabağ əlilinə yardım etmək, müalicəsini təşkil etmək yerinə cüzi pensiyasını da dələduzlara ödəməyin özü dələduzluqdur. Yeri gəlmişkən, Əminə Seyidzadə Səhiyyə Nazirliyinin xaricdə müalicəyə göndərməyə rəy verdiyi Qarabağ əlillərinin müalicəsinə də özünəməxsus qadağa qoyub ki, nazirlik (ƏƏSMN -red) heç bir xarici ölkə ilə müqavilə bağlamadığından müalicənin təşkili mümkün deyil . Özbaşınalığa fikir verin, nazirlik görəvini icra edib, əlillərin müalicəsini təşkil etmir, xaricdə müalicəyə dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyir və bu səbəbdən də Qarabağ əlili müalicəsizlikdən dünyasını dəyişir !? Əminə xanım isə utanmadan nazirliyin heç bir ölkə ilə müqavilə bağlamadığını bildirir! Budur əlil-şəhid ailələrinə dövlət qayğısı?

İnzibati və məhkəmə təminatı hüququ Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunan əsas insan və vətəndaş hüquqlarındandır. Bu hüquqa heç kim qadağa qoya bilməz. Borclunun məhkəmə qərarını icra etməkdən imtinası isə cərimə sanksiyasından tutmuş cinayət məsuliyyətinə qədər cəzalandırılmasına nədən olur. Əlilin Vətən qarşısında borcunu icra edərkən aldığı xəsarətlərə görə ödənilən məbləği başqasının hesabına ödəmək isə daha ağır cinayətdir. Görəsən, Baş Prokurorluq, Hesablama Palatası, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər dövlət qurumları ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadənin Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan” sığorta şirkətinə ödəməsinə, əlillərin müalicəsinə, mənzil və digər sosial təminatlarına ayrılan vəsaiti mənimsəməsinə nə vaxt hüquqi qiymət verəcəklər? Əlillər müalicəsizlikdən, sosial müdafiəsizlikdən dünyalarını dəyişəndən sonra?"

Dia.az
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ