“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY

Bakının Tbilisi prospekti, 3007-ci məhəllə 44 C ünvanında yaşayan çoxmərtəbəli binanın sakinləri həmin binanı təhvil vermiş “Tac Mahal MTK”dan ciddi narazılıqlarını ifadə ediblər.
Bir neçə şikayətçi sakinin adından bizə müraciət edən Ağalar Cavadov adlı vətəndaş deyir ki, onlar, demək olar, barıt çəlləyinin üstündə yaşayırlar: “İnanın ki, müraciət etmədiyimiz instansiya qalmayıb. 11-12 ildir bina təhvil verilib, amma şirkət üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir. Biz hələ də “kupça”larımızı ala bilmirik. Bütün liftlər qəzalı vəziyyətdədir. Binaya suyun verildiyi baseynlər hər il yuyulub təmizlənməli olduğu halda, 12 ildir təmizlənmir. 296 mənzilli bina böyük bir kənd deməkdir. Bunu tikib, 4 divarı verməklə deyil ki, gərək idarə etməyi də bacarasan. Cənab Prezidentin fərmanı oldu ki, çoxmənzilli binalara “kupça” verilsin, niyə bunlar həmin fərmana əməl etmək istəmirlər? Görün vəziyyət nə yerdədir ki, bütün bu binanın maddi məsul şəxsi kimi bir qarovulun adını rəsmiləşdiriblər. Bizim əlimizdə Vergilər Nazirliyindən verilən sənəd var. Həmin adam bütün günü “şlaqbaum”da durub maşınlardan 20 qəpik yığır. Bu adam necə maddi məsul şəxs ola bilər? Yüksək gərginlikli kabellərin keçdiyi şaxtalar çox bərbad vəziyyətdədir. Biz Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Gəlib aktlaşdırdılar, şikayətimiz təsdiqini tapdı. Nə xeyri var? Heç bir addım atmırlar. Görün, bunlar nə dərəcədə özlərindən razıdırlar ki, bütün binanın lift sistemini kartla ediblər. Yəni siz kənardan mənim evimə qonaq gəlsəniz, ora qalxa bilməyəcəksiniz. Gərək mən düşüb sizi öz kartımla qaldıram. Bizim binada dializ xəstəsi olan Şirinova Tərgül yaşayır. Bir neçə gün əvvəl vəziyyəti pisləşib, təcili yardım çağırıb. Maşın bizim binaya 6 dəqiqəyə çatıb, amma xəstə xanımın mənzilinə 26 dəqiqəyə ancaq qalxa biliblər. Çünki xanım evdə təkdi deyə, kimsə düşüb kartı onlara verməyib ki, yuxarı qalxsınlar. Bu binada MTK sahiblərinin övladları yaşayır. Gedin onların da mərtəbəsinə baxın, mənim də. Onlar üçün muzey yaradılıb, digər sakinlərin mərtəbəsi isə sökülüb yerə tökülür. Bizim həyətdə qanunsuz bir bağça fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyindən sənəd almışıq ki, həmin bağçanın lisenziyası yoxdur. Buna baxmayaraq, onun üçün əlavə tikinti edib, 100 kvadrata yaxın ümumi istifadə üçün nəzərdə tutulan ərazini zəbt ediblər. Əlimizdə FHN-in aktı var ki, liftlər qəzalı vəziyyətdədir, istismarı dayanmalıdır. Buna da məhəl qoyan yoxdur. Bütün rəsmi qurumların qərarı var ki, həmin qanunsuz tikili sökülsün, yenə əməl edən yoxdur. Hər kvadratmetr üçün 30 qəpik kommunal ödəniş yığırlar. Bunun müqabilində heç bir sənəd və ya hesabat vermirlər. Zərrə qədər də olsun şəffaflıq yoxdur. Külli miqdarda pulun hara xərcləndiyindən əhali xəbərsizdir. Mənim özüm də bina yeni təhvil veriləndə burada bir il komendant işləmişəm. Sonra təhvil verdim. Belə adamlarla işləmək mümkün deyil”.
Sakinlər onların haqq səsini əlaqədar qurumlara çatdırmağımızı bizdən tələb etdilər.
Sözügedən binanın hazırda komendantı işləyən Xeyrulla Quliyev şikayətçilərin adından danışan Ağalar Cavadov adlı şəxsin dediklərinin həqiqət olmadığını bildirdi: “Ona sual verin görün son 78 ay ərzində 78 qəpik də olsun kommunal xidmət haqqı ödəyib? Bəs bu binanın problemləri hansı maliyyə ilə həll edilməlidir? Bütün günü lift işləyir, zibil daşınır, ağır nasoslar su vurur, bunlar məsrəf deyil? Bağçaya gəldikdə, cənab Prezidentin göstərişi var ki, çoxmənzilli binaların altında bağçalar olsun. Biz də ona uyğun davranırıq. Bağçanın olmağına 5 nəfər etiraz edirsə, 60 nəfər də İcra Hakimiyyətinə məktub göndərib, bunu təqdir edir. Deyir baseyn yuyulmur. Ondan soruşun görək, 3 il komendant işləyib, necə dəfə baseyn yudurdub? Gözünün qabağında mən ötən il baseyni təmizlədirdim. Bu da gedib ustalardan nə qədər pul aldıqlarını soruşurdu. Sonra “Azərsu”ya bu barədə şikayət etdi ki, guya mən sakinlərdən 900 manat alıb baseyn təmizlədirəm. Liftlərin kartla işləməsi bina sakinlərinin öz rahatlığı üçündür. Filtr, xlor satanlar qalxıb sakinlərin qapısını döyə bilmir. Liftlərlə bağlı isə irad “yamalara” tutulmuşdu, onu da aradan qaldırdıq. Ağaların peşəsi ancaq şikayət etməkdir. Amma adam gərək danışanda başının üstündə Allahını görsün, düz danışsın”.
Məhəmmədəli QƏRİB
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ