"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov
Azərbaycan və Türkiyə iki dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir birinə dəstək olublar, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməkliyi əsirgəməmişik. Azərbaycan həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Hazırda Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi” əməliyyatı ciddi silahlı qarşıdurma müşahidə olunan Suriya ilə həmsərhəd ərazilərdə terror riskinin minimuma endirilməsi, bu ölkədən milyonlarla qaçqının təhlükəsizliyinin təmin edilməsi, onların üzləşdiyi humanitar problemlərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün digər məsələlərin həlli məqsədini daşıyır.
Məlumdur ki, Suriyada münaqişə başlayan dövrdən bu ölkə ilə həmsərhəd olan Türkiyə ciddi qaçqın axını ilə üzləşib. Artıq qardaş ölkədə məskunlaşmış suriyalıların sayı milyonlarla ölçülür. Təəssüf ki, rəsmi Ankara tərəfindən dəfələrlə, təkidlə qaldırılmasına baxmayaraq, beynəlxalq birlik bu problemin həllinə dəstək göstərməyib. Hesab edirik ki, belə olan təqdirdə Suriya ərazisində təhlükəsiz zonanın yaradılması və qaçqınların həmin ərazilərdə, öz doğma torpaqlarında məskunlaşdırılması məqsədilə həyata keçirilən əməliyyat mövcud problemin ən rasional həlli variantıdır.
Digər tərəfdən, Türkiyənin öz sərhədləri yaxınlığına, terror qruplarının nəzarəti altında olan Suriya ərazilərində keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinə, BMT-nin "Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında” Bəyannaməsinə, "Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına və digər beynəlxalq qanunvericilik aktlarına söykənir. Qeyd olunan sənədlər terror təhlükəsinə məruz qalan bu və ya digər dövlətin təkcə öz ərazisində deyil, terror təhlükəsinin mənbəyi olan başqa dövlətlərin ərazilərində də beynəlxalq birliyi xəbərdar etməklə antiterror əməliyyatlarının keçirilməsinə əsas verir.
Azərbaycan uzun illərdir ki, aqressiv separatizmdən və terrorizmdən əziyyət çəkən bir ölkə kimi Türkiyənin qarşılaşdığı problemləri kifayət qədər yaxşı başa düşür. Bu gün işğal altında olan Azərbaycan əraziləri beynəlxalq terror qruplarının təlim bazası funksiyasını yerinə yetirir. Rəsmi Bakının bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir daha sübuta yetirir ki, terorizmə qarşı ikili standartlar yolverilməzdir və son nəticədə onun daha qlobal miqyasda çiçəklənməsinə zəmin yaradır. Şübhə etmirik ki, Azərbaycan da işğalçı hərbi birləşmələrin, terror qruplarının nəzarəti altında olan ərazilərində antiterror əməliyyatı aparacaq və Türkiyə də beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan bir dövlət kimi bu prosesə öz töhfəsini verəcək.
Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik.
Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ