Moskva-İrəvan əlaqələrində soyuq küləklər... - TƏHLİL
Ermənistan prezidenti Nikol Paşinyanın cəmi il yarımlıq hakimiyyəti ərzində nə qədər nüfuzdan düşdüyünü ötən həftə İrəvanda keçirilən sammit və ondan sonrakı gəlişmələr bir daha aydın şəkildə göstərdi. Ən maraqlısı budur ki, günbəgün özünü ifşa edən Paşinyan haqqında elə erməni mediası sensasion məlumatları tirajlayır və onun hakimiyyətinin ömrünə çox qalmadığı qənaətini yaradır.
Son məlumatlardan belə aydın olur ki, baş nazir Nikol Paşinyan ötən həftə İrəvanda keçirilən Avrasiya İttifaqı sammiti zamanı özünü qəribə aparıb və Rusiya prezidenti Putinlə əməlli-başlı macəra yaşayıb. Virtualaz.org xəbər verir ki, bu haqda 7or.am internet portalı yazıb. “Nikolun Köçəryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz macəraları haqda” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etməyib. “Nəhayət, Putinlə düz-əməlli söhbət edə bilməyən Nikol qərara alıb ki, onu aeroportdan yola salsın. Paşinyanın korteji aeroporta gedən yolda Putinin kortejinin ”quyruğunda" gedirdi. Ermənistan baş naziri Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşmasına gətirib çıxaracaqdı".
Sensasion yazıda bildirilir ki, sonda bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. “Zvartnots” aeroportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşmək təklifi edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyak butulkasını tək boşaldır. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını da məhz içkinin təsiri ilə izah edirlər.
Təsəvvür edin, ölkədə sammit adında hansısa tədbir keçirilib, bu tədbirin Ermənistan üçün perspektivlərinə ümidlər ifadə olunub, amma bu günlər işğalçı ölkənin baş mövzusu baş nazirin “ipə-sapa yatmaz” davranışları, naşı siyasi, qeyri-siyasi gedişləridir. Və budur, artıq Paşinyanla yola davam etməyin mümkünsüzlüyünü ermənilər birmənalı şəkildə anlayırlar. “Paşinyan istefa verməlidir. Onun Dağlıq Qarabağla bağlı mövqeyi və güc stukturlarının rəhbərləri ilə münasibəti hakim komanda daxilində belə anlaşılmır”. Bunu politoloq Stepan Danelyan deyib. Politoloq Paşinyanın parlamentə nəzarəti itirəcəyini düşünür.
“Nikol Paşinyanın istefası ”Mənim addımım" fraksiyasının dağılmasından dərhal sonra olacaq. Onun parlamentin itaətdən çıxması halında istefa verməsi qaçılmazdır". (Modern.az) Danelyanın fikrincə, hazırkı şəraitdə ölkəni növbədənkənar parlament seçkilərinə hazırlaşdıracaq keçid hökumətinə ehtiyac var.
Bu arada Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib. Ötən həftə İrəvana bir neçə saatlıq səfər edən Putin səfərinin saat yarımını Köçəryanın xanımı Bellaya ayırmışdı. Rusiyanın Ermənistandakı səfirliyində baş tutan görüşdə eks-prezidentin xanımı Putindən ərinin azadlığı üçün dəstək istəmişdi. V.Putin həbsxanaya, R.Köçəryanla görüşə getməsə də, onun arvadı ilə görüşməklə də Paşinyana yerini göstərdi. Elə məhz bundan sonra N.Paşinyanın Putinin ardınca aeroportadək gəlməsi təsadüfi deyildi. Hansı ki, əvvəlcədən Rusiya prezidentinin Paşinyanla ayrıca görüşə vaxt sərf etməyəcəyi bildirilirdi. Nikol isə düşdüyü durumun acınacaqlı sonluğunu nəzərə alıb protokolu pozmaq bahasına belə, Putini qucaqladı. Hətta Rusiya liderinin onu az qala çiynindən itələməsi hesabına bu, kadrlardan da göründü. Eyni vaxtda Rusiya XİN rəhbəri Sergey Lavrov “Valday” klubu çərçivəsində N.Paşinyanın yanlış Qarabağ siyasətini tənqid etdi. Bundan sonra ermənilər haray-həşir saldılar ki, Nikolun “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyana təpinən Lavrov niyə Azərbaycan liderinin “Qarabağ Azərbaycandır. Nida”, bəyanatını sükutla qarşıladı? Ermənilər sanki anlamırlar ki, Qarabağı onlar işğal edib, Azərbaycan yox.
Qeyd edək ki, N.Paşinyanın Xankəndindəki sərsəm bəyanatlarına reaksiya vermələri tələb olunurdu. Rəsmi Bakı bununla bağlı müvafiq addımlar atmışdı, lakin başqa məsələlərdən danışan həmsədrlər bu mövzuya toxunmadılar. Yalnız bu günlərdə Rusiya XİN başçısı mövqeyini ifadə etdi ki, bu da ermənilərə yaman yer eləyib. Bunun ardınca Azərbaycan prezidentinin nüfuzlu siyasətçilər və ekspertlərin qatıldığı “Valday” diskussiya klubunda İrəvana nidalı xəbərdarlığı, özü də bu bəyanatın Ermənistanın “ağa”sı Rusiyada, həmçinin prezident Putinin qatıldığı tədbirdə edilməsi Ermənistanı rahatsız edib.
Lakin bu da var ki, son günlər Ermənistan ordusu gərginliyi Qarabağdan iki dövlətin sərhədinə çəkiblər. Xüsusilə də Qazax rayonu istiqamətində itkilərlə müşayiət olunan hadisələrin baş verməsi rəsmi İrəvanın növbəti fitnəkar mövqeyidir. Erməni hərbçilərin açdığı atəş nəticəsində Azərbaycanın dinc sakininin həlak olduğunu prezident İlham Əliyev də “Valday”dakı çıxışı zamanı söylədi. Prezidentin kəskin mövqeyi ilə yanaşı, Azərbaycan Dövlət Sərhəd Xidməti də düşmənin cəzalandırılması istiqamətində addımlarını atdı. Erməni tərəfin etiraf etdiyinə görə, son günlərdə iki müqaviləli hərbçi məhv edilib, daha üç nəfər yaralanıb. İstisna edilmir ki, Ermənistan bu cür təxribatlarla iki dövlət sərhədindəki gərginliyə Rusiya başda olmaqla, KTMT-ni qoşmaq istəyir. Görünür, düşmən reallığı hələ də anlamır. O da istisna deyil ki, Paşinyan növbəti gərginlik ocağı yaratmaqla daxildəki rəqiblərini neytrallaşdırmaq istəyir. Özü də bu hadisələr həmsədrlərin bölgəyə səfəri ilə bağlı anonsun verilməsinin ardınca yaranıb.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistanla aparılan danışıqlar prosesində kifayət qədər ciddi ziddiyyətlər ortaya çıxıb: “İlk növbədə bunu ”inqilab" lideri Paşinyanın siyasi davranışlarında axtarmaq lazımdır. Çünki onun siyasi oriyentasiyası dəyişkən və diplomatik çərçivədən kənardır. Qeyd edim ki, Azərbaycan prezidenti ilə keçirilən üç görüşdə şifahi razılaşma əldə olunmuşdu. Lakin iki aydan sonra Paşinyan fərqli bir siyasi mövqe ortaya qoydu. Hətta ötən il İtaliyada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin birgə bəyanat imzaladı. Bu, o deməkdir ki, tərəflər birgə mövqeyə gəlirlər. Amma yenidən Ermənistan əks-mövqeyə keçdi. Göründüyü kimi, rəsmi İrəvan bütün razılaşdırılmış danışıqlardan yayınır. Hətta Minsk Qrupunun masasında olan “Yenilənmiş Madrid prinsipləri”ndən boyun qaçırır. Hazırda Ermənistan yeni variantını ortaya qoyub. Bu tezislər “Dağlıq Qarabağ xalqı” və “Qarabağ Ermənistana birləşməlidir” avantürasıdır. Prezident İlham Əliyev Soçidə Ermənistana bununla bağlı prinsipial və tutarlı mesaj göndərdi. Göründüyü kimi, Paşinyanın bu iki tezisi bütün danışıqların üzərindən xətt çəkir. Bir neçə on ildir ki, aparılan “Yenilənmiş Madrid prinsipləri”ni görməzdən gəlir".
Politoloq qeyd etdi ki, Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri ilə yekin vurmaqla bağlı ola bilər: “Həmçinin onları sərhəddə baş verən atışmalar zamanı ermənin itki verməsi narahat edir. Təcili olaraq Azərbaycanın sərt cavab tədbirlərini dayandırmağa xahiş edəcəklər. Həmsədrlər Ermənistanın vəkilidirlər. Bu format uğursuz və status-kvonun qorunması, Qarabağın bizdən qoparılması üçün fəaliyyət göstərir. Fikir versək, Paşinyanın danışıqlara zərbə vuran açıqlamalarına qəti mövqe ortaya qoymurlar. Çünki onlar daha çox Xankəndindəki separatçıların mövqeyi ilə koordinasiyalı çalışırlar. Bundan əlavə, danışıqları pozmaqla yanaşı dövlət sərhədində təxribat törədirlər”.
M.Əsədullazadə də şübhə etmir ki, bu təxribatlarda Paşinyan KTMT-nin nəbzini yoxlamağa çalışır: “Çünki KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi statusu bəndi əlavə olunub. Təbii ki, bu punkt Azərbaycanın bu təşkilatda müşahidəçiliyinə hesablanıb, İrəvanda belə düşünürlər. Ona görə də Paşinyan həm daxili auditoriyanın ona qarşı sosial nəticələrdən dolayı etirazını sərhəddəki provokasiyalara yönəldir, həmçinin KTMT başda Rusiya olmaqla, Azərbaycanın KTMT üzv dövlətinə qarşı ”hücumunu" göstərməklə, bir növ bu ölkələri Azərbaycanı qınamağa, təzyiq etməyə səsləyəcək. Bundan əlavə, Azərbaycanın dostu S. Zasın KTMT baş katibliyinə gəlməsi Paşinyanı ciddi narahat edir. Təbii ki, həm Moskva, həm də KTM üzvü ölkələr Paşinyanın bu avantürasını yaxşı anlayır. Hətta Moskva-İrəvan əlaqələrində soyuq küləkləri nəzərə alsaq, Kreml Paşinyanın siyasətinə şərik çıxmayacaq".
Şərhçi bildirdi ki, son illər KTMT dövlət sərhədində baş verən bu kimi proseslərlə bağlı mövqe bildirməyib, yaxud işğalçı ölkəni müdafiə etməyib: “Lakin hesab edirəm ki, Rusiya iki ölkə sərhədində baş verən bu hadisələrdə öz susqunluğunu qorusa da, Azərbaycanın Ermənistan üzərində tam üstünlük qazanmasına çalışacaq imkan verməsin. Yəni nə qədər Paşinyanı qəbul etməsələr də, müəyyən qədər Ermənistanı qoruyacaqlar. Hətta Sergey Lavrovun ”Qarabağda müharibənin başlanmasına imkan verilməz" açıqlaması, bu ölkənin hələ də Rusiya tərəfindən qorunması deməkdir. Amma sərhəddə lokal itkilərə və ermənilərin məğlubiyyətinə göz yumacaqlar. Çünki Moskva Azərbaycanla da balansı saxlamağa çalışır. Hesab edirəm ki, Rusiyada köklü sistem dəyişikliyi olarsa, 2023-cü ildə Azərbaycan işğal olunmuş ərazilərində nəzarəti bərpa edə bilər".
Bugün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Bugün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Bugün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
13-05-2026, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək