Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: - “Məsuliyyəti həkimlər daşıyır”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 4-də jurnalistlərə verdiyi açıqlamada ünvanlı sosial yardımla bağlı monitorinqlərin davam etdiyini və edəcəyini bildirib.
Nazir qeyd edib ki, il ərzində 2500-ə qədər şəxsin saxta əlillik statusu ləğv edilib: "Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür".
Maraqlıdır, bu şəxslərə əlillik dərəcəsi verənlərə hansı cəza tətbiq edilir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, yanlış əlillik təyinatlarına yol vermiş dövlət məmurlarından ilk olaraq dövlət büdcəsinə dəyən ziyanın geri qaytarılması tələb olunur:
“Buna yol vermiş məmurlar dövlət büdcəsinə dəyən ziyanı geri ödəyirlər. Söhbət təkcə məmurlardan getmir, digər aidiyyət şəxslər də bunu etməlidir. Bu proses hazırda da davam edir. Təbii ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Əsas məqsəd büdcəyə dəyən ziyanın aradan qaldırılması və yanlış əlillik təyinatlarının ləğvidir. Çünki əlillik sırf fiziki məhdudiyyəti olan şəxslərə verilməli və qanunvericiliyə uyğun təmin edilməlidir. Bu şəxslərə əlillik statusu verənlərin sayı onlarladır və hər biri qanunvericiliyə uyğun olaraq öz cəzasını alır. Bizdə o cür yanlışlığa yol verən işçilər işdən azad edilib və çox ciddi xəbərdarlıqla tədbirlər görülüb”.
Fazil Talıbov eyni zamanda diqqətə çatdırıb ki, saxta əlillik statusunun verilməsində əsas məsuliyyət daşımalı olan tərəf Səhiyyə Nazirliyidir, çünki əlillik statusu səhiyyə müəssisəsindən göndərilən sənəd əsasında verilir:
“Əlillik statusunun ləğvi zamanı daha əvvəl vətəndaşa bu statusun verilməsi üçün bildiriş göndərən səhiyyə müəssisəsi bu dəfə əlilliyinin ləğv edilməsi ilə bağlı məktub yazır. Ona görə də əslində əlillik statusu verən məsul şəxslərin sayı və cəzalandırılması ilə bağlı suala Səhiyyə Nazirliyinə verilməlidir. Bizə poliklinikadan müraciət daxil olur ki, bu şəxsin əlillik statusu ləğv edilsin. Nazirlik səhiyyədən verilən bu məlumatdan sonra əlilliyi ləğv edir. Əgər yanlış göndəriş olubsa, ona Səhiyyə Nazirliyi cavabdehdir. Yanlış əlillik təyinatı bildiriş əsasında həyata keçirilir və bu bildirişi göndərənlər Səhiyyə Nazirliyinin müəssisələridir. Burada məsuliyyəti həkimlər daşıyır. Yanlış bildiriş göndərən həkimlərə qarşı hansı tədbirlərin görüldüyü Səhiyyə Nazirliyi bilir”.(Cebhe.info)
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ