Azərbaycanın 16 neft yatağının sahibinin banka 5 milyard dollar borclu olduğu üzə çıxdı - ÖLKƏDƏN QAÇMAQ İSTƏYİR?...

Rusiyalı milyarder və neft maqnatı, Azərbaycanın 16 quru neft yatağının sahibi Mixail Qutseriyevin “Trast” bankına 140 milyard rubldan çox (təxminən 2.2 milyard dollara yaxın) borcu var. Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir. Agentliyin istinad etdiyi digər mənbə isə borcun məbləğinin hətta 5 milyard dollar təşkil etdiyini deyib. “Trast” bankının səhmlərinin 99.9 faizi Rusiya Mərkəzi Bankına məxsusdur.
Belə nəhəng borc milyarderin ailəsinə məxsus “Binbank”ın və “Rost-bank”ın müflisləşməməsi üçün Mərkəzi Bank tərəfindən görülən tədbirlərin nəticəsində yaranıb.
Məlumata görə “Trast” bankının idarəetmə şurası hələlik milyarderin borcu barədə razılaşdırılmış qərara gələ bilmir, səhmdarların bu məsələ ilə bağlı növbədənkənar iclası oktyabrın 30-na planlaşdırılıb. Qutseriyevə yaxın mənbə isə “Forbes”ə bildirib ki, bankın müşahidə şurası sentyabrın sonlarında keçirdiyi yığıncağında sövdələşmənin bütün şərtlərini müzakirə edib və razılaşdırıb. Və şərtlər Qutseriyev üçün sərfəlidir.
Mənbə deyib ki, Qutseriyev həmin 140 milyard rubl borca görə 2017-ci ildə Mərkəzi Bankın nəzarətində olan aktivlərini geri ala biləcək. Amma “Trast”a yaxın mənbə bu məlumatı təkzib edib və bildirib ki, Qutseriyev borcunun bir hissəsini pulla, bir hissəsini sahibi olduğu “Russneft”in səhmləri hesabına ödəməli olacaq.
Qutseriyevlər ailəsinin sərvəti 5.6 milyard dollara yaxındır. Qutseriyevin özünün pulu isə 3.7 milyard dollardır.
Xatırladaq ki, Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” 2008-ci ildə (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaq üçün lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Qutseriyev 2017-ci ilə qədər “Binbank”ın sahibi olub, həmin il bank Mərkəzi Bankın konsolidasiya Fondu tərəfindən milliləşdirilib. Mərkəzi Bankın hesablamalarına görə “Russneft”in üçdə birinə və “M.Video” şirkətinin səhmlərinin 27 faizinə sahib olan biznesmen bankda 250-300 milyard rubl “dəlik” buraxıb. Bankın tam xilası üçün isə 1 trillyon rubla yaxın vəsait lazım olub, bu pulları Mərkəzi Bank ayırıb. Mərkəzi Bank 57 milyard rublu birbaşa bankın nizamnamə kapitalına yönəldib, daha 800 milyard rubl isə “Binbank”la Qutseriyevlərin maliyyə qrupu “Safmar”a daxil olan “Rost-bank” arasında əməliyyatların qapanmasına sərf olunub.
O vaxt Qutseriyevin bankı “boşaltdığı” üçün xaricə qaçacağı haqda şaiyələr yayılsa da biznesmen səhmlərinin bir hissəsini könüllü olaraq banka verib. Mərkəzi Bank isə bu aktivlərin dəyərindən 4-5 dəfə yuxarı qiymətləndirildiyini bildirib. “Reuters”in mənbələrindən biri hətta deyib ki, Qutseriyevin borcu 320 milyard rubl (təxminən 5 milyard dollar, və ya biznesmenin sərvətinin ümumi həcmindən çox) təşkil edir.
Mənbələr deyirlər ki, bankla sövdələşməni Mixail Qutseriyev və onun qardaşı Sait-Salam Qutseriyev imzalayacaqlar. Qohumu və milyarderin bank aktivlərini idarə edən Mixail Şişxanov sövdələşmədə iştirak etmir.
Qeyd edək ki, bu günlərdə “The Moskow Post” nəşri Qutseriyevin banka olan nəhəng borclarına görə ölkədən qaça biləcəyini iddia etmişdi.
Bugün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Bugün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb