Avqustda hava necə olacaq?
Gündəm / Sosial
Oxunub: 625
31 Tem 2019 | 14:55
Avqustda hava necə olacaq?

Yayın sonuncu ayında havanın necə keçəcəyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir.

Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-27: gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27: gecələr 18-23, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 13-18, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyə yüksələcəyi), aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (32-55 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti: gecələr 20-25, gündüzlər 30-35, bəzi günlərdə 38 dərəcəyə yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 21-24: gecələr 17-22, gündüzlər 27-32, bəzi günlərdə 35-37 dərəcə isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı olacağı (norma 13-116 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26: gecələr 22-27, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti olacağı ehtimal olunur.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 22-25: gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) ehtimal olunur.
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ