Bakıda bu maşınlar 3500 manata satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 avqust tarixində keçiriləcək.
Komitədən Anews.az-a verilən məlumata görə, elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb.
Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir.
Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14.8 kv.m ilə 9.2 min kv.m arasındadır.
Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin flialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır.
Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Bu növ dövlət əmlakları xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.
Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb.
Belə iri müəssisələr arasında "Sabirabad İnşaat Sənaye”, "Oğuz kəndkimya”, "Kürdəmir Quşçuluq” və digər səhmdar cəmiyyətləri var.
Budəfəki hərracda avtomobil almaq istəyənlər seçimlərini buraxılış tarixi 2005-2009-cu illər olan nəqliyyat vasitələri üzrə edə bilər.
Qeyd edək ki, bu avtomobillər "Nissan”, "Hyundai”, "BMW”, "Fiat” və digər markalara aiddir. Fiat avtomobilləri 3500 manatdan başlayaraq, "BMW” 5200 manatdan, "Nissan” isə 5000 manatdan satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda tətbiq olunan elektron imkanlar şəffaf və rahat mühiti təmin edir.
Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür.
Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilər.
Bugün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Bugün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb