Onlar hökumətə yox, xalqa, dövlətə müxalifdir - Sosial şəbəkə üzərindən UZAQMƏNZİLLİ HƏMLƏ...
Gündəm / Dünya
Oxunub: 598
27 Tem 2019 | 19:25
Onlar hökumətə yox, xalqa, dövlətə müxalifdir - Sosial şəbəkə üzərindən UZAQMƏNZİLLİ HƏMLƏ...

Gürcüstan-Azərbaycan münasibətlərinın korlanmasına çalışan dairələrin hədəfləri Qara dəniz və Xəzər dənizi arasında yerləşən strateji regionda həyata keçirilən layihələrə qarşı çıxmaqdır.

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında bildirib ki, son aylar Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan və iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatların artması təsadüf deyil:
Onlar hökumətə yox, xalqa, dövlətə müxalifdir - Sosial şəbəkə üzərindən UZAQMƏNZİLLİ HƏMLƏ...
“Baş verən təxribatlar strateji tərəfdaş dövlətlər -Azərbaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə zərərsizləşdirildi. Lakin paralel olaraq hər iki ölkədə radikal müxalif və şübhəli siyasi qrupların Azərbaycan və Gürcüstan cəmiyyətinə yönəlik körükləyici kampaniyaları da artmağa başladı. Hər nə qədər təəccüblü olsa da, yerli və beynəlxalq QHT-lərin təhrikçi aksiyaları, siyasi “şoumen”lərin pafoslu çağırışları və müxalifətin prosesdən ucuz siyasi divident götürməyə hesablanmış aksiyaları həyata keçirildi. Bütün bu aksiyalar bir növ artıq adət halını almış, sosial media üzərindən şübhəli səhifələrdən insidentin “sızdırılan” detalları üzərində qurulan təbliğatla müşayiət olundu. Onsuz da Azərbaycanda həssas dövrlərdə bu siyasi və siyasiləşmiş QHT qruplarının sosial mediada şübhəli səhifələrdən “sızdırılan” məlumatları tirajlamaqla təbliğat qurması ilk hal deyil. Bu “koalisiya”nın birgə fəaliyyətinin daha öncələr istər Gəncə terror hadisəsi, istər texnogen qəzalar, istər Hacı Muradın qəbrinin ekshumasiyası, istərsə də cəmiyyətin diqqətini çəkən digər həssas mövzularla bağlı hadisələr zamanı şahidi olmuşduq. Qonşu ölkədə isə həmin ərəfələrdə oxşar dairələrin eyni üsul və alətlərlə guya Azərbaycanın bu ölkədəki enerji kapitalını siyasi kapitala çevirmək planının mövcud olması ilə bağlı kampaniya başladı. Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı mövcud siyasətinin isə Gürcüstanı Azərbaycandan enerji asılılığına salmaq istiqamətində qurulması kimi təxribatçı təbliğat aparılmağa başladı. Münasibətlərin korlanmasına yönəlik cəhdlərdə Gürcüstan cəmiyyəti və sosial mediası erməni seqmentinə göydəndüşmə bir şans verdi ki, Keşikçi Dağ mövzusu ətrafında Azərbaycana qarşı ikinci cəbhə yaratmağa cəhdlər oldu”.

Ekspert qeyd edib ki, artıq 2 aydır qonşu ölkədə davam edən siyasi proseslərə etnik azərbaycanlı Gürcüstan vətəndaşlarının cəlb olunması cəhdləri də var:

“Hansı ki, azərbaycanlı Gürcüstan vətəndaşları siyasi cəhətdən passiv elektoratdır və ancaq seçkidən seçkiyə aktivləşir. Hər iki ölkədə də dövlət rəsmiləri cəmiyyətlərinin təhrikçi və körükləyici məlumatlarla gərginləşən ab-havasının zərbələrini bir çox hallarda öz üzərlərinə çəkərək, təmkinli mövqeləri ilə bu münasibətləri qorunmağa çalışırlar. Çünki Azərbaycan və Gürcüstan regional və regionlararası formatlarda enerji, nəqliyyat-tranzit sahələri üzrə qlobal layihələr həyata keçirir. Paralel olaraq, ikili formatda sənaye, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq mövcuddur. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan ən böyük xarici investordur, tərəflərarası qarşlıqlı investisiya mühitinə görə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyad dollar investisiya yatırıb.

Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR uğurla fəaliyyət göstərir. SOCAR-ın törəmə şirkəti olan SOCAR Energy Georgia Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə və Kulevi neft terminalına nəzarət edir. Həmçinin SOCAR Energy Georgia Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsulları, mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşğuldur”.

Y. Hacıyeva vurğulayıb ki, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi layihələr Azərbaycanın geopolitik əhəmiyyətinin misilsiz dərəcədə artması ilə nəticələnib:

“Son illər qlobal səviyyədə lojistik mənzərə dəyişib. Belə ki, Qərb üçün Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri cazibədardır. Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu- Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşurutu əlverişlidir. Bir sözlə, Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasına çalışan dairələr, onların hər iki ölkədə siyasi qruplar və sosial mediadakı uzantılarının uzaqmənzilli hədəfləri budur ki, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil olmaqla Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionda həyata keçilirən layihələrə qarşı fəaliyyətlərini genişləndirsinlər. Hər iki tərəfdaş dövlətlərin bu qədər mühüm mövzuda narahatlığı üzərindən divident götürməyə çalışan daxili siyasi qruplar və siyasət şoumenlərin fəaliyyətinin hədəfi də strateji tərəfdaş olan iki ölkənin münasibətlərinin korlanmasına çalışmaqdır. Burdan isə məntiqi olaraq belə nəticəyə gəlmək olur ki, hər iki ölkədə daxili müxalif qrupların fəaliyyəti yerli hökümətə deyil, yerli cəmiyyətlərə, xalqa və dövlətə müxalifət olmaqdır”.
Bugün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Bugün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Bugün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Bugün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir