Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir
Gündəm / Dünya
Oxunub: 626
13 Tem 2019 | 11:40
Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir

Avstriya Avropa İttifaqında qatarla ən çox sərnişin daşınan ölkələr siyahısında birinciliyini qoruyub saxlayır.

AZƏRTAC bildirir ki, 2018-ci ildə Avstriyada dəmir yolu ilə səfər edənlərin sayı 309,9 milyon nəfər olub və bu göstərici 2017-ci illə müqayisədə 19,3 milyon nəfər çoxdur. Bununla da Avstriyada Avropa İttifaqında dəmir yolu ilə sərnişin daşımaları sektorunda ilk mövqeyini daha da möhkəmləndirib. İl ərzində hər bir avstriyalı dəmir yolu ilə orta hesabla 1505 kilometr məsafə qət edib, xüsusilə qısaməsafəli səfərlər üçün dəmir yolu ən populyar nəqliyyat vasitəsi olaraq qalıb. Bu statistikada sonrakı yerləri İsveç, Fransa və Almaniya tutur. Avropada dəmir yolu ilə ən az sərnişin hərəkət edən ölkələr siyahısına isə Yunanıstan və Litva başçılıq edirlər. Bu ölkələrin sakinləri il ərzində orta hesabla təxminən 100 kilometr məsafəni dəmir yolu ilə qət edirlər.

Ölkədə dəmir yolu sektorunda əsas söz sahibi Avstriya Dəmir Yolları (ÖBB) konsernidir. Avropanın həm yük, həm də sərnişin daşımalarında ən rəqabətli şirkətlərindən biri olan ÖBB şirkətinə məxsus qatarlarla ötən il ərzində 261 milyon sərnişin daşınıb. Ölkədəki digər dəmir yolu şirkətləri isə ümumilikdə 49 milyon sərnişinə xidmət göstərib.

Şirkətdən verilən məlumatda, həmçinin göstərilir ki, ötən il yük daşımalarında da inkişaf olub. İl ərzində 118 milyon ton yük relslər üzərində daşınıb. Yük daşımalarında qət edilən ümumi məsafə 23,7 milyard kilometr olub ki, bu da 2017-ci illə müqayisədə təxminən bir faiz artım deməkdir.

Xatırladaq ki, Avropada ən çox sərnişin İsveçrə dəmir yolları ilə daşınır. Lakin bu ölkə Avropa İttifaqının üzvü olmadığına görə Aİ-də birincilik Avstriyaya məxsusdur.
Bugün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Bugün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Bugün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Bugün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir