“Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.
Müxtəlif kateqoriyalar üzrə "İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.
1969-cu ildə yaradılmış "Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən "Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: "Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.
Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: "Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Bugün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Bugün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb