"Putin qadağa qoymamaqla taktiki gediş edib" - GÜRCÜSTANI NƏLƏR GÖZLƏYİR?
Gündəm / Dünya
Oxunub: 615
10 Tem 2019 | 13:14
"Putin qadağa qoymamaqla taktiki gediş edib" - GÜRCÜSTANI NƏLƏR GÖZLƏYİR?

Putin söyüş qalmaqalından sonra Gürcüstanla münasibətləri istiləşdirməyi qərara aldı.

Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanla bağlı gözlənilməz qərarının səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Rusiya "asacaq", "kəsəcək", "Gürcüstan artıq bitdi" kimi gözləntilər növbəti dəfə özünü doğrultmadı:

"Yeni sanksiyaların tətbiqindən vaz keçildi, hazırda təyyarə reyslərinin təkrar bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi müzakirə edilir. Çünki Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını, son illər Gürcüstan üzərində əldə etməyə başladığı təsir imkanlarını tamamilə itirəcəyini, əlaqələri qoparmağın Gürcüstanın Ukrayna ilə bərabər Rusiya sərhədlərində, Qara dənizdə Amerikanın bastionuna çevrilməsi prosesini daha da sürətləndirəcəyini və bu seçimin alternativsiz hala gələcəyini anladı".

Politoloq qeyd edib ki, Gürcüstan-Rusiya münasibərləri ilə paralel son günlər Ukrayna-Rusiya münasibətlərində də gərginlik artdı:

"Zelenski gözlənilməz şəkildə Moskvanın ölkə daxilindəki şəbəkəsinin üzərinə yeridi. Gürcüstan və Ukraynanın keçmiş metropoliyadan qopması prosesi sancılı gedir. Hazırda Moskvanın bu ölkələri əldə saxlamaq üçün göstərdiyi çabalar hərəkətə gəlmiş qatarın son vaqonuna özünü çatdırıb, stop-kranı çəkmək cəhdinə bənzəyir".

Analitik Elçin Mirzəbəyli də Redaktor.az-a Rusiya prezidentinin sanksiyalarla bağlı qərarını şərh edib.

E.Mirzəbəyli hesab edir ki, Vladimir Putinin bu qərarı, Rusiyanın son vatlar daha çox istifadə etdiyi taktiki gedişdir:

"Mən hesab etmirəm ki, Putinin bu qərarı Rusiyanın geriyə atılmış addımıdır. Əgər son vaxtlar Rusiyanın ümumilikdə yürütdüyü siyasi xətti analiz etsək, görərik ki, Moskva müdaxilə etdiyi və ya münaqişə yaşadığı ölkələrin vətəndaşlarına belə bir mesaj verir: "Bizim problemimiz xalq deyil, onun başında duran və düzgün idarə etməyən hakimiyyətlədir".

Kremlin bu taktiki gedişi ölkə daxilində xalqla hakimiyyət arasında fikir ayrılığına səbəb olur ki, məqamı çatanda bu vəziyyətdən ustalıqla istifadə olunur..."

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini doğru hesab etmədiyini açıqlamışdı.
Dün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Dün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Dün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Dün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Dün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Dün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Dün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Dün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Dün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Dün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Dün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Dün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Dün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
14-05-2026, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
14-05-2026, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
14-05-2026, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
14-05-2026, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
14-05-2026, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
14-05-2026, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir