Domino oyunu necə yaranıb?
Hamımız boş vaxtımızı səmərəli və əyləncəli şəkildə keçirmək istəyirik, o cümlədən də kişilər. İstirahət vaxtı kişilərin bəziləri balıq tutmağa, bəziləri dənizdə, yaxud çayda çimməyə gedir, bəziləri doyunca yatmaqla müxtəlif səbəblərdən, məsələn, iş ucbatından yuxusuz qaldığı saatların əvəzini çıxır, kimisi aktiv istirahətə, deyək ki, idmana və yaxud gəzintiyə üstünlük verir. Sözsüz ki, evdə, yaxud ictimai yerdə nərd, domino və bu kimi digər stolüstü oyunlar oynamaqla dincələnlər də var. Passiv istirahət forması olan stolüstü oyunlar ölkəmizdə kişilər arasında kifayət qədər geniş yayılıb. Bildiyimiz kimi ən çox məşhur olan oyunlar nərd və dominodur. Az qala saatlarla oynadığımız və işdənkənar söhbətlərimizin də sevimli mövzularından biri olan bu oyunlar barədə nəinki kişilər, hətta qadınlar və uşaqlar da ən azı kişilər qədər ətraflı məlumata malikdirlər, yəni sual versək bu barədə bizi ətraflı şəkildə məlumatlandıra bilərlər.
Təbii ki, ümumi olaraq. Yəni ki, oyun qaydaları və şərtləri barədə bütün suallar cavablandırılmış olacaq. Lakin necə deyərlər, bir qədər dərinə gedib bu oyunların tarixi, kimlər tərəfindən və necə yaradılması barədə soruşsaq çoxları bu sualların cavabını bilməyəcək. Amma sözsüz ki, sözügedən oyunların tarixi kimlər üçünsə maraqlı olacaq. Hətta sonradan öz-özümüzə "nə əcəb, mən bu barədə əvvəllər düşünməmişəm?", və yaxud "Bu sual niyə indiyə qədər mənim ağlıma gəlməyib?" kimi suallar da verəcəyik. İndi bircə anlıq təsəvvür edək ki, bu sualı sizə də veriblər və siz də öz növbənizdə indi bu suallara cavab axtarırsınız. Söz yox ki, internetdə bu barədə informasiya tapmaq mümkündür. Lakin bir sıra insanların, əsasən də yaşlı nəslin nümayəndələrinin bu məsələdə bəzi çətinliklərlə qarşılaşacaqlarını, əsas çətinliyin də müxtəlif səbəblər, o cümlədən də dil amili ucbatından informasiyanı yaşlıların başa düşməkdə çətinlik çəkəcəklərini nəzərə alaraq onlar üçün daha sadə və asan bir məlumat vastəsi kimi bu məqaləni yazmaq qərarına gəldim. Şübhəsiz ki, oxucularımızı düzgün və dolğun informasiya ilə təmin etmək üçün bu cür məlumatları ilk növbədə özümüm əldə etməyim və həmin məlumatı anlaşıqlı, sadə bir dilə çevirməyim lazım idi və belə də etdim. Dominonun bir oyun kimi digər masaüstü oyunlardan heç də az oynanılmadığını nəzərə alaraq bu məqaləni dominoya həsr etmək qərarına gəldim. Məqaləni yazmaqdan öncə bir sıra mənbələrdən, başlıca olaraq vikipediyadan istifadə etdim. Həmin məlumatları ümumiləşdirərək və sadələşdirərək bu gün sizlər üçün belə bir yazı hazırladım:
Domino oyunun olduqca qədim bir tarixi var. Bu oyun bəzi mənbələrə görə 12-ci, bəzi mənbələrə görə isə 2-ci, 3-cü əsrlərdə Çində meydana gəlib. Müəllifləri də necə deyərlər, mübahisəlidir. Tarixçilərdən bəziləri bu oyunun meydana gəlməsini Hunq Minq adlı qəhrəman bir əsgərlə, digəriləri isə Keunq Tay Kunq adlı digər bir şəxslə əlaqələndirirlər. Üçüncü ehtimal adı tarixə məlum olmayan, özü isə 12-ci əsrdə imperator Hui Sunqun vaxtında yaşamış bir dövlət xadimi tərəfindən yaradılaraq 1120-ci ildə onun tərəfindən həmin imperatora təqdim edilməsidir. Bu ilk domino oyunu növü əsasında sonralar 47 domino oyunu növü yaranıb. Həmin növlərdə həm ağ-qara, həm də rəngli daşlar oynanılır və müxtəlif rənglər daşların üstünlüyünü bildirir, yəni hər daşın rənginə görə öz üstünlyü var.
Domino oyunu sonradan bütün dünyaya yayıldı. İlk olaraq 18-ci əsrdə Çindən İtaliyaya gətirildi. Ehtimal var ki, indiki domino daşları keçmişdəkindən fərqli olub, daha dəqiq desək domino daşlarının indiki şəklə düşməsi İtaliya ilə əlaqələndirilr. Güman edilir ki, domino öz rəngini Venesiya karnavallarında geyinilən karnaval geyimindən götürüb. Amma oyunun adı bəzi mənbələrə görə Dominikan rahiblərinin işlətdikləri Domino gratias” və ya "Benedicamus domino”, yəni bir işə başlamazdan əvvəl "Tanrıya şükür və həmd etmək" , digər mənbələrə görə isə latın mənşəli söz kimi "dominus", yəni "ev sahibi" mənasındadır. Başqa bir ehtimal "domino" sözünün ümumi olaraq "başçı", "rəhbər" mənasında digər sözlərlə, misalçün, "məktəb müdiri" sözü ilə eyni mənada işlədilə bilməsidir. Bu sözün hərfi mənasının fransız xristian rahiblərinin geyiminin ağ-qara rəngli papaq, yəni başlıq hissəsi ilə eyni məna daşıdığı üçün fransız mənşəli olması barədə fikirlər də var. Hətta Avropada təzə yayılan vaxtlar domino Fransada həm də pazl oyunu kimi oynanılırdı.
Digər maraqlı məlumat isə Çində ixtira olunan ilk domino oyunu daşlarının sayının 32 olması, sonradan bu rəqəmin indiki 28-ə düşməsidir. Belə ki, Çindən Avropaya gətirildikdən sonra domino oyunu üzərində vaxtaşırı olaraq bir sıra dəyişikliklər aparılmış və oyun tədricən indiki şəklə düşmüşdür. Yeri gəlmişkən, bəlkə də bir çoxlarımız bilmirik ki, həvəslə oynadığımız bu oyunun daşları əsasən sümükdən və fil dişindən hazırlanır. Halbuki keçmişdə bu məqsədlə müxtəlif materiallardan: daş, ağac, gil, metal və hətta şüşə və kristaldan da istifadə olunurdu. Hazırlanma materialı kimi sümükdən ilk dəfə Avropada istifadə edilməyə başlanıldı. Sonradan bəzi ölkələrdə, misal üçün, ABŞ-da bu material kauçuk və digər maddələrlə zənginləşdirildi.
Başqa bir maraqlı məlumat kimi ilk dominolarda sıfrın, yəni boş, ağ üzün olmamasını da qeyd etmək lazımdır. Çin dominoları Qərb dominolarından bir qədər uzundur. Ümumilikdə domino bir oyun kimi dünyada ən çox Latın Amerikası ölkələrində populyardır. Bu oyuna məxsus oyun növlərinin əksəriyyəti müasir dövrdə, bəziləri isə hətta son bir neçə on il ərzində ixtira edilib.
Domino haqqında daha ətraflı, saatlarla danışmaq olar. Bu məqaləni yazmaqda məqsədim darıxdırıcı elmi iş tərtib etmək yox, sizi domino barədə bilmədiyiniz maraqlı məlumatlarla tanış etmək olduğu üçün dominonun tarixi haqqında ən maraqlı və diqqətəlayiq məlumatlar verməklə kifayətlənirəm.
Hazırladı Məhəmməd Hüseynov
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür