Övladlığa uşaq götürmək İSTƏYƏNLƏR - Bu dəyişikliklərdən XƏBƏRDAR OLUN!

Noyabrın 1-dən etibarən övladlığa götürmə ilə bağlı qaydalara dəyişiklik ediləcək.
Uşaqların əsas hüquqlarından biri tərbiyə olunmaq və ailə mühitində böyüməkdir. Təəssüf ki, əksər uşaq bu hüquqdan məhrumdur. Övladlığa götürmə isə həmin uşaqların ailədə yaşaması və tərbiyə olunmasını təmin edir. Qəyyumluq şərtlərinin sərt olması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Bu baxımdan nəzərdə tutulan yeni qayda qəyyumluq şərtlərini yumşalda biləcəkmi?
"Sağlam Toplum" İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirib ki, övladığa götürmə ilə bağlı qaydalarda dəyişiklik edilməsi vacib idi:
“Hazırda qəyyumluq qaydaları bir qədər sərtdir. Bu sərtlik uşaqların gələcək həyatında təhlükəsizliyin təmini ilə bağlı olsa da, şərtlər olduqca çoxsaylıdır. Qəyyumluq istəyən valideynlər bu şərtlərin hamısına uymaq məcburiyyətindədir. Müəyyən xəstəlikləri olan şəxslərin övladlığa uşaq götürməsinə icazə yoxdur. Bu maddədə yer alan şərtlərə haqq qazandırmaq olar. Lakin maddəyə fiziki məhdudiyyətli insanlar da daxil edilib. Halbuki dünyada övlad böyüdən fiziki məhdudiyyətli analar yetərincə çoxdur. Yeni dəyişikliyə əsasən, I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ veriləcək. Bu, müsbət addımdır.
Məhkumluğu olan şəxslər övladlığa uşaq götürə bilməz
Bu şərtin yumşaldılmasına ehtiyac var. Məhkumluğun hansı səbəbə görə olduğunu aydınlaşdırmaq lazımdır. Məsələn, kimsə şər-böhtan qurbanı olan şəxslərə güzəşt edilməlidir.
Ölkəmizdə əcnəbi vətəndaşlara uşaq verilmir
Bu şərtin doğru olduğunu hesab etmək olar. Çünki əcnəbinin hansı marağa görə ölkəmizdən uşaq götürdüyünü bilmək olmur. Burada uşaq istismarı və ya insan alverinin başvermə ehtimalı yüksəkdir. Uşağın gələcək həyatının təqibinin xarici ölkədə olması riskli haldır.
Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Yaş fərqi yanlız məhkəmənin qərarı ilə əsaslı səbəb varsa, qısaldıla bilər. Bu şərtlərin olması isə normaldır. Övladlığa götürən şəxs onun gələcəyini təmin edə biləcək gücə malik olmalıdır".
Qeyd edək ki, noyabrın 1-dən övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığa götürmə sahəsində vahid elektron Alt sistemin yaradılması da nəzərdə tutulur.
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür