Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Kriptovaloyuta bazarı hazırda kəskin artım fazasına daxil olub.
Dünyanın aparıcı kriptovalyutası olan Bitkoinin dəyəri bir həftədə 25 %-dən çox artıb ki, bu da son 3 ilin ən yüksək göstəricisidir. Hazırda Bitkoin 80 min ABŞ dollarının üzərində ticarət edilir. Artım tendensiyası təkcə Bitkoinlə məhdudlaşmır. Bazar kapitallaşmasına görə ilk onluqda qərarlaşan bir çox rəqəmsal valyutalar da kəskin bahalaşıb. Belə ki, Ethereum (ETH) son bir həftədə 32 %, BNB 18 %, XRP 51 %, Solana (SOL) 34 %, Hyperliquid (HYPE) 35 %, Dogecoin (DOGE) isə 32 % dəyər qazanıb.
Hazırkı qiymət rallisi bir sıra faktorların üst-üstə düşməsi fonunda cərəyan edir. Bunlardan biri bəlkə də birincisi Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu ilə bağlıdır. Bu əlaqə hələ Bitkoinin yarandığı gündən müşahidə edilir. ABŞ dövlət borcunun artması birbaşa olaraq Bitkoin qiymətinin artması ilə korrelyasiya edir. Yəni ABŞ borcunun artması ilə əsas kriptovalyutanın qiyməti də artır. On ildən az müddət ərzində ABŞ hökumətinin borc öhdəlikləri ikiqat artaraq 40,05 trilyon dolları keçib. Dövlət borcunun artımı ABŞ hökumətinin uzunmüddətli istiqrazların gəlirliliyinin azaldılması üzrə gördüyü tədbirlər fonunda baş verib. ABŞ Maliyyə Nazirliyi daha uzun müddətli nominal kuponlu qiymətli kağızların (ödəmə müddəti 10-dan 20 ilə və 20-dən 30 ilə qədər olan) geri alınması əməliyyatlarının həcmini ən azı iki dəfə artırır. Bu xəbərdən sonra Bitkoin və ETH-nin dəyəri bir neçə saata 8 %-ə yaxın artdı.
Siyasi dəstək kriptobazarı təsirləndirən vacib faktora çevrilir
Kriptovalyuta bazarına əlavə dəstəyi ABŞ-dəki siyasi gündəm göstərib. Belə ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdə iri kripto şirkətlərin rəhbərləri iştirakı ilə keçirilən görüşdə Prezident Konqresi ölkədə kripto aktivlərin tənzimlənməsinin daha aydın qaydalarını formalaşdırmalı olan "Clarity Act" qanun layihəsini qəbul etməyə çağırıb. O, eyni zamanda bu, ölkə xaricində fəaliyyət göstərən və müddətsiz fyuçerslər (perplər) ticarəti sektorunda ən böyük kripto birja olan Hyperliquid-in ABŞ bazarına çıxarılması məsələsinin nəzərdən keçiriliydiyini bildirib. Bu bəyanat fonunda birjanın yerli tokeni olan HYPE-nin dəyəri 20 %-dən çox yüksəlib.
Əsas sual doğuran məsələ kriptovalyuta bazarındakı hazırkı tendensiyanın nə dərəcədə qalıcı ola biləcəyi və investorlarların uzunmüdətli perspektivi necə dəyərləndirməsidir.
Mövzunu "Report"a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarında hazırkı yüksəlişin müəyyən qədər davamlı olması üçün fundamental əsaslar formalaşdığını, lakin bunu hələ tam və uzunmüddətli "bull market" kimi qiymətləndirmədiyini bildirib: "Son günlər Bitkoin 70 min dollarlıq səviyyəni keçərək 78-79 min dollar diapazonuna yüksəlib. Bu yüksəlişin arxasında bir neçə faktor dayanır. ABŞ-da kriptovalyutalara münasibətin daha konstruktiv olması, tənzimləmə ilə bağlı müsbət gözləntilər, institusional investor marağının artması və qlobal likvidliklə bağlı gözləntilərin yaxşılaşması bazara əlavə kapital gətirir. Lakin digər tərəfdən, Bitkoin-in qısa müddətdə çox sürətli yüksəlməsi bazarda korreksiya riskini artırır. Buna görə hazırkı mərhələdə investorların bazara emosional şəkildə daxil olması, xüsusilə də qiymət kəskin yüksəldikdən sonra bütün kapitalı bir aktivə yatırması düzgün strategiya deyil. Hazırda əsas yanaşma "qiymətin arxasınca qaçmaq" yox, mərhələli investisiya və risklərin diversifikasiyası olmalıdır. Uzunmüddətli investor üçün hissə-hissə alış strategiyası daha məqsədəuyğundur. Qısamüddətli treyderlər isə leverage-dan istifadə zamanı xüsusilə ehtiyatlı olmalıdırlar, çünki Bitkoin və xüsusilə altkoinlərdə volatillik hələ də çox yüksəkdir".
Risk iştahı yüksək gəlir potensiallı altkoinlərə marağı artırır
ETH, XRP, Solana, DOGE, HYPE kimi aktivlərin Bitkoin-dən daha sürətli bahalaşdığını xatırladan ekspert bunun əsas səbəbinin bazardakı kapital rotasiyası olduğunu deyib: "Bitkoin ilkin mərhələdə bazara kapitalın daxil olduğu əsas aktiv rolunu oynayır. Daha sonra investorların risk iştahı artdıqda kapitalın bir hissəsi daha yüksək gəlir potensialı olan altkoinlərə keçir. Hazırda məhz belə bir prosesin əlamətlərini görürük. Məsələn, son yüksəliş dalğasında Ethereum Bitkoin-dən daha sürətli artıb, HYPE, Solana və XRP də əhəmiyyətli dinamika göstərib. Burada hər bir aktiv üzrə ayrıca faktor da var. Ethereum ekosistem və institusional maraq baxımından önə çıxır. XRP ətrafında tənzimləmə və institusional istifadə gözləntiləri qiymətə təsir edir. Solana yüksək istifadə aktivliyi və ekosistemin inkişafı ilə seçilir.

Elnur Quliyev
HYPE isə mərkəzləşdirilməmiş törəmə bazarına və Hyperliquid ekosisteminə marağın artmasından faydalanır. DOGE daha çox spekulyativ və retail investor tələbi ilə hərəkət edən aktivdir. ZEC-də isə məxfilik yönümlü kriptovalyutalara artan marağın təsirini görmək mümkündür. Burada vacib məqam odur ki, Bitkoin-dən daha çox artım avtomatik olaraq həmin aktivlərin daha yaxşı investisiya olması demək deyil. Yüksək gəlir potensialı yüksək risk deməkdir. Altcoinlərdə həm yüksəliş, həm də geriləmə Bitkoin-dən dəfələrlə sürətli ola bilər".
Qiymət artımının müəyyən səviyyədə möhkəmlənməsi vacibdir
E. Quliyev hazırkı qiymət dinamikasını, institusional marağı, makroiqtisadi mühiti və tənzimləmə ilə bağlı gözləntiləri nəzərə alaraq, 2026-cı ilin sonunda Bitkoinin qiymətini 90-110 min dollar diapazonunda gözlədiyini diqqətə çatdırıb: "Bu, bazarın hazırkı səviyyədən təxminən 30 %-ə yaxın əlavə yüksəliş potensialının olduğunu göstərir. Lakin daha optimist ssenaridə, əgər ABŞ-da monetar şərtlər yumşalarsa, institusional kapital axını sürətlənərsə və kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı müsbət qərarlar qəbul edilərsə, Bitcoin-in 110-120 min dollar zonasını test etməsi də mümkündür. Əks ssenaridə isə qlobal likvidliyin zəifləməsi, inflyasiyanın yenidən sürətlənməsi və ya geosiyasi risklərin artması Bitcoin-i yenidən 65-70 min dollar zonasına qaytara bilər.
Hazırkı vəziyyəti kriptobazar üçün yeni yüksəliş mərhələsinin başlanğıcı kimi görən E.Quliyev, bunun təsdiqlənməsi üçün Bitkoinin 80 min dollar səviyyəsindən yuxarı davamlı möhkəmlənməsini vacib hesab edir: "Əgər bu səviyyə inamlı şəkildə qırılarsa, bazarda altkoinlərə kapital axınının daha da sürətlənməsi mümkündür. Əks halda, hazırkı yüksəlişin bir hissəsinin mənfəət realizasiyası ilə geri qaytarılması normal bazar davranışı olacaq. Yəni mənim əsas mesajım budur: bazarda fürsət var, amma hazırda risk də əvvəlkindən daha böyükdür. İnvestor üçün əsas məsələ maksimum gəliri tutmaq deyil, mümkün korreksiyada kapitalını qorumaqdır".(Report)
Dün, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Dün, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
Dün, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Dün, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dün, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Dün, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
Dün, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
Dün, 11:17
AAYDA vətəndaşlara müraciət edib
Dün, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
Dün, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
28-08-2026, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
28-08-2026, 14:09
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
28-08-2026, 12:53
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
28-08-2026, 12:21
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
28-08-2026, 11:49
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
28-08-2026, 11:18
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
28-08-2026, 10:41
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
28-08-2026, 10:17
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
28-08-2026, 09:05
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
27-08-2026, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
27-08-2026, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
27-08-2026, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
27-08-2026, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM