BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
Gündəm / Cəmiyyət
Oxunub: 34
18 Ağu 2026 | 09:21
BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

18 avqust 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycan Sərhəd Qoşunları Günü kimi qeyd olunur.

Bəs, avqustun 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1791-ci il 18 avqustda Osmanlı – Rusiya müharibəsini sona çatdıran Kalas sülh müqaviləsi imzalandı.

2. 1873-cü ilin bu günü Qarabağ xanının qızı və Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın Şuşaya su çəkdirməsi münasibətilə xalq şənliyi keçirildi.

3. 1917-ci ilin 18 avqustunda “Böyük Selanik yanğını” çıxdı. 32 saat sürən yanğında şəhərin 30 faizdən çoxu məhv oldu, 70 min adam evsiz qaldı.

4. 18 avqustda “Türkiyə gözəli” Keriman Halis “1932-ci ilin dünya gözəli” seçildi.

5. 1971-ci ilin 18 avqustunda Avstraliya və Yeni Zelandiya Vyetnam Müharibəsindən əsgərlərini geriçəkmə qərarı verdilər.

6. 1992-ci il. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Azərbaycandan çıxarılıb. Hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanıb.

7. 1993–cü il. BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.

8. 1998-ci ildə Rusiyadakı iqtisadi böhran dünyanı sarsıtdı. Avqustun 18-dən Rusiya bütün xarici borc ödəmələrini dayandırdı.

9. 1998-ci il 18 avqustda ifadə verməyə məcbur olan ABŞ prezidenti Bill Klinton Ağ Evdə təcrübəçi olaraq çalışan Monika Levinski ilə əlaqəsini etiraf etdi.

18 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 1227-ci ilin bu günü tarixin ən böyük imperiyalarından birinin qurucusu, moğol imperatoru Çingiz Xan dünyadan köçüb. O, həmin il çıxdığı hərbi səfər zamanı xəstələnmişdi. Amma Çingiz Xanın məzarının yeri bu günə qədər məlum deyil.

2. 18 avqust “Vadidəki zanbaq", "Qoriot ata" kimi klassik əsərlərilə dünya şöhrəti qazanan fransız yazıçısı Onore de Balzakın xatirə günüdür. O, 1850-ci ilin bu günü 51 yaşında Parisdə dünyasını dəyişib. (1799-1850)

3. Port-Artur döyüşünün qəhrəmanlarından biri, görkəmli Azərbaycan sərkərdəsi general Əliağa Şıxlinskinin bu gün xatirə günüdür. 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində batareya komandiri olub. Şıxlinski Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə “Qızıl qılınc” mükafatına layiq görülüb.

1917-ci ildə artilleriya general-leytenantı rütbəsi alan Əliağa Şıxlinski Azərbaycan Demokratik Respublikası dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan sovetləşəndən sonra o, bir müddət xalq hərbi və dəniz işləri komissarının müavini işləyib.

1920-ci ilin avqustunda Səmədbəy Mehmandarovla birlikdə baş qərargahda işləmək adı ilə Moskvaya göndərilib. Az sonra hər ikisi müsavatçı olaraq ittiham edilərkən Nəriman Nərimanovun bilavasitə köməyilə həbsdən qurtulublar.

1929-cu ildə Şıxlinski istefaya çıxmağa məcbur olub. O, 1943-cü ilin bu günü Bakıda 78 yaşında həyatdan köçüb. (1865-1943)

4. 18 avqust görkəmli Azərbaycan şərqşünası və türkoloqu Əkrəm Cəfərin xatirə günüdür. O 1991-ci ildə 86 yaşında dünyasını dəyişib.

5. 18 avqust 2018-ci ildə Qıbrız (Kipr) Barış Planı ilə tanınan, Nobel Sülh Mükafatının sahibi, BMT-nin baş katibi olmuş Kofi Annan İsveçrədə dünyasını dəyişib. (1938-2018)

Bizim.Media
Bugün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Bugün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Bugün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Bugün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Bugün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Bugün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Bugün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Bugün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Bugün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bugün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Bugün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Bugün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Bugün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib