Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev bir il öncə ABŞ səfəri çərçivəsində ikitərəfli və regional maraqların, təhlükəsizliyin, sülhün, əməkdaşlığın təmin olunması baxımından çox mühüm sənədlərə imza atıb.
Bu işgüzar səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda avqustun 7-8-də reallaşıb. Avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Prezident Donald Trampla görüşü keçirilib.
Bu görüş zamanı Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu prezidentlər tərəfindən imzalanıb. "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Donald Tramp Sərəncam imzalayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı-Vaşinqton arasında bu istiqamətdə atılan yeni addımdır. Bu, Azərbaycanla ABŞ arasında strateji müttəfiqliyə təkan verir, əlaqələrin genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə şərait yaradır.
Bu ilin iyununda ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun görüşü olub. İşçi qrupda əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin dərinləşdirilməsi və innovativ layihələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Xəzər dənizi və Orta Dəhliz vasitəsilə Şərq-Qərb bağlantılarının, logistika imkanlarının inkişafı, nəqliyyat və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli tənzimləmə rejimləri, qabaqcıl texnoloji həllər, məlumat mərkəzləri və tənzimləyici çərçivələrə dair fikir mübadiləsi aparılıb.
Bu, prezidentlərin ötən ilki avqust sammitində imzalanan sənədlərdə nəzərdə tutulan məsələlərin reallaşması istiqamətində atılan addımlara nümunədir.
Ötənilki sammit Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyib.
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamə ninimzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir.
Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.
Bu səfərdə ikitərəfli, regional və qlobal əhəmiyyətli əsas məsələ Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində atılan addımdır.
Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu marşrut Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq.
Ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb.
İlk tranzit yük qatarı 2025-ci ilin noyabr ayında yola düşüb. Bu qatar birbaşa daxili xətt deyil, Rusiya Federasiyasından Azərbaycan və Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb.
Azərbaycandan Ermənistana neft məhsullarının ilk ixracı isə ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi nəticəsində o, ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Ötən ildən başlayan bu proses davam edir.
Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin göstərir. Apreldə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar. Bu istiqamətdə fəaliyyət göstərən komissiyaların 13-cü iclası da keçirilib.
Bu və başqa bu kimi əməkdaşlıq Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir.
Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə ləng fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasındakı təcavüzkar preambula və müddəalar qalır. Rəsmi İrəvan əsas qanunda dəyişiklik etmək, habelə bu kimi iki tərəfin marağını təmin edən fundamental məsələlərlə bağlı hələ ki vədlər verir. Bundan başqa Ermənistanda Azərbaycanın daxili işlərin müdaxilə etmək cəhdləri də müşahidə olunur. Ölkədə Azərbaycan torpaqlarının yenidən işğal edilməsi istiqamətində təbliğatın aparılması, bu tip revanşistlərin fəaliyyətinə şərait yaradılması və imkan verilməsi, habelə Azərbaycanda hərbi cinayətlər törətməkdə mühakimə olunmuşların Ermənistanda müdafiəsinə rəsmi İrəvanın göz yumması kimi hallar Vaşinqtonda əldə edilən razılaşmaların müddəalarına və ruhuna ziddir. Bu kimi məsələlər rəsmi İrəvana etimad və etibara, habelə iki ölkə arasında sülh və normallaşma prosesinə zərbə vurur.
ABŞ-də bir il öncə Ermənistanla imzaladığı anlaşmaya öz sadiqliyini nümayiş etdirir. Rəsmi Vaşinqton avqustun 4-də TRIPP Fonduna ayrılan vəsaitin həcmini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb. Bu addım Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında iştirakını genişləndirməyə, eləcə də regionu Transxəzər Nəqliyyat Dəhlizi ilə birləşdirən layihələrin irəlilədilməsinə çalışdığı bir dövrdə atılması ABŞ-nin bu layihəyə verdiyi əhəmiyyətin göstərir.
Bir il öncəki avqust sammitdən sonra Azərbaycanın gördüyü işlər regional və qlobal layihələrin icrasında etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Ermənistanda münasibətlərin inkişafında adekvat addımlar atarsa, o zaman Cənubi Qafqaz əməkdaşlıq üçün etibarlı regiona çevrilər. Rəsmi İrəvan isə ötən bir ildə daha çox bəyanatlarla yadda qalıb...(Report)
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
28-08-2026, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
28-08-2026, 14:09
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
28-08-2026, 12:53
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
28-08-2026, 12:21
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
28-08-2026, 11:49
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
28-08-2026, 11:18
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
28-08-2026, 10:41
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
28-08-2026, 10:17
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
28-08-2026, 09:05
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
27-08-2026, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
27-08-2026, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
27-08-2026, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
27-08-2026, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM