Magistratura üzrə plan yerləri niyə boş qalıb?

“2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub: “Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur. Bu il ali təhsil müəssisələrinin magistraturalarına ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdusa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib. Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi”.
M. Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub: “Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 4, 8, 21, 52, 55, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya, incəsənət sahələrinə aid 29, 43, 45, 47, 58, 59, 66, 69, 70 saylı proqramlara ayrılmış plan yerlərinin 50% və ya daha çoxu boş qalıb.
Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi. Müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universiteti (21.30%) və Azərbaycan Kooperasiya Universitetinə (36.51%) aiddir”.
Xatırladaq ki, ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub. Bundan əlavə, ixtisaslaşma seçimi haqqında elana uyğun olaraq 500 nəfərdən çox bakalavr qəbul imtahanından sonra “ADA” Universiteti, M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Birgə Azərbaycan Fransız Universiteti (UFAZ), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, DSX Akademiyası, digər hüquq mühafizə orqanlarının akademiyaları və hərbi institutların qəbul prosedurlarına əsasən ali təhsil müəssisələrinə qəbul olunublar.
Bugün, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bugün, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Bugün, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Bugün, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Bugün, 12:18
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Bugün, 11:27
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Bugün, 11:04
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Bugün, 10:06
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ
Bugün, 09:43
Putin yenə Qarabağdan danışdı
Dün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Dün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Dün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Dün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Dün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Dün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Dün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Dün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Dün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Dün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Dün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Dün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Dün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Dün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir