Qaçqınkomda baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarında araşdırma aparılır
Gündəm / Hadisə
Oxunub: 828
13 Ağu 2018 | 19:29

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkün vətəndaşın komitənin binasında intihara cəhd etməsi barədə məlumata aydınlıq gətirib.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, həmin vətəndaş – Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə "Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87” ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb:

"Yataqxanadakı 112 otaqdan 58-də mülkiyyət hüququ ilə yerli sakinlər, 54-də məcburi köçkünlər yaşayıb. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin buradan köçürülməsi üçün tədbirlər görülüb. Yerli sakinlər və məcburi köçkün ailələrdən 26-sı kompensasiya alaraq bu ilin mart ayının 16-17-də yataqxanadan köçüb. Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına müraciətlər edirlər.

Son vaxtlar onlar bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək, üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq, ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb.

 

Komitə sədri dərhal hadisə yerinə gələrək Novruzzadə Natiq Nadir oğlunu sakitləşdirməyə, onu qeyri-qanuni hərəkətlərdən çəkindirməyə çalışıb. Məhz Rövşən Rzayevin səyi və səmimi ünsiyyəti nəticəsində Novruzzadə Natiq Nadir oğlu sakitləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım çağırılıb".

Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonunun hüquq-mühafizə orqanlarında araşdırma aparılır:

"Vətəndaş Novruzzadə Natiq Nadir oğlunun hərəkətlərinə lazımi hüquqi qiymət veriləcək".

Dün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Dün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Dün, 14:55
İmişlidə zəlzələ olub
Dün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Dün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Dün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Dün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Dün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Dün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
3-07-2026, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
3-07-2026, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
3-07-2026, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
3-07-2026, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
3-07-2026, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
3-07-2026, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
3-07-2026, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib