Jurnalistlər üçün müsabiqə elan olundu

Müsabiqə elanı
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azərbaycan Mətbuat Şurası ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edir
Müsabiqənin məqsədi
Azərbaycan Respublikasında paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, yuxarıda qeyd olunan sahələrdə əldə olunan mühüm irəliləyişlər barədə ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzuları
Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası;
Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət.
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və hüquqi şəxs kimi fəaliyyət göstərən internet informasiya saytlarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılar üçün tələblər
Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır;
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər;
Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir;
Aşağıdakı redaksiyaların yazıları
müsabiqəyə qəbul edilmir:
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən saytlar;
Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan saytlar (1 il müddətində);
Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış saytlar (6 ay müddətində).
Dərc olunmuş yazıda “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir” qeydi göstərilməlidir;
Yazıların həcmi 9-11 min işarədən çox olmamalıdır.
Yazıların qəbul qaydaları:
Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə;
Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə;
A4 formatında olan zərfdə;
Tələb olunan sənədlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi;
İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə);
Şəxsiyyət vəsiqəsinin surəti;
Qeyd: İştirakçı haqqında məlumat cədvəli elana əlavə olunur.
Yazıların qəbulu qaydaları
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 10 iyun 2019-cu il tarixində başlayır, 10 iyul 2019-cu il tarixində başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə təqdim olunmalıdır.
Ünvan: Baki ş. Nəsimi rayonu, Ceyhun Hacıbəyli 110
9. Qiymətləndirmə meyarları:
mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
ictimai maraqların müdafiəsi.
10 Mükafatlandırma
I yer - 1 nəfər - 1000 manat;
II yer - 1 nəfər – 500 manat;
III yer - 2 nəfər – hər biri 300 manat;
Qaliblər həmçinin Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 110.
Əlaqə telefonu: (+994) 12 441-28-81
Elektron ünvan: info@paralympic.az, teymur.hajiyev@paralympic.az
Bugün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Bugün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bugün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”