® Transxəzər magistralı layihəsi xarici medianın diqqətində
Gündəm / İqtisadiyyat
Oxunub: 689
5 Haz 2019 | 13:07
® Transxəzər magistralı layihəsi xarici medianın diqqətində
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital HUB” proqramı və proqram çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.

Transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəaliyyət göstərən və bu ölkənin qlobal “Bir Kəmər Bir Yol Təşəbbüsü” layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu “Belt and Road News” portalında verilib.

Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra edildiyi qeyd olunur. Bildirilir ki, layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı "Belt and Road Initiative" (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevriləcəyi qeyd olunur.

“Digital HUB” proqramına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş “Bir Kəmər Bir Yol” 2-ci Beynəlxalq Forumu çərçivəsində “AzerTelecom” və Çinin telekommunikasiya nəhəngi “China Telecom” arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə marağını göstərir.

Qeyd edək ki, “Digital HUB” proqramı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəqəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Bugün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Bugün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Bugün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bugün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Bugün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bugün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Dün, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
Dün, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Dün, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Dün, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
Dün, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
Dün, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Dün, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dün, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dün, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
Dün, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
Dün, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib
17-06-2026, 10:05
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
17-06-2026, 09:33
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
17-06-2026, 08:41
ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib
16-06-2026, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
16-06-2026, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
16-06-2026, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb