Sahil Babayev statistikanı, iqtisadçılar isə naziri inkar edir

MDB statistika Komitəsinin son yaydığı cədvələ görə, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında həm nominal, həm də real orta aylıq əmək haqqında ən az artım Azərbaycanda qeydə alınıb. Hesablamalara görə, cari il Azərbaycanda orta aylıq əmək haqqının nominal dəyəri 3%, real dəyəri cəmi 0.6% artıb. MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilib. Cari ildə Rusiyada orta aylıq əmək haqqı 662,6 dollara (43 min 400 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 447,7 dollar (958,1 rubl) olub. Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb.
Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyir ki, Azərbaycanda miminimum əmək haqqı artımları 2019-cu ilin martından etibarən tətbiq olunub və artım 40%-dir.
Bu sözləri Anews.az-ın suallarına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. "Biz o cədvələ baxmalıyıq. Mən bir şeyi vurgulayim ki, Azərbaycan bu günləri minimum pensiya üzrə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri bölüşür və ona görə də, siz dediyiniz statistika hansı dövrü əhatə edir dəqiqləşdirmək lazımdır", - deyə nazir bildirdi.
Nazir həmçinin bildirdi ki, artıq sosial islahatların yeni paketi də hazirlanır.
"Cənab prezidentin təşəbbüsü ilə son bir il ərzində 3 milyon insanı əhatə edən islahatlar paketi həyata keçirilib. Bu islahatlar paketinin nəticəsində, həm mimnimum əmək haqqında ciddi artımımız olub, həm də minimum penisiyalarımız ciddi şəkildə artib. Bundan əlavə, sosial ödənişlər, müavinətlər və təqaüdlər də 2 dəfə artıb. Artıq sosial islahatların yeni paketi də hazirlanır və yaxın günlərdə həm əmək haqqları ilə bağlı, həm də pensiyalarla bağlı təkliflərimizi hazırlayıb cənab prezidentə təqdim edəcəyik", - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlavə edib.
Nazirin açıqlamasını şərh edən iqtisadçı Rövşən Ağayev isə deyir ki, Azərbaycanın MDB-də ən az əmək haqqı artımı edən ölkə olmasına təəccüblənmir və ölkədə 40% artımdan söhbət gedə bilməz.
"2015-ci ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artım 1.2% oldu, 2016-cı ildə 3.1% azaldı, 2017-ci ildə sabit qaldı, 2018-ci ildə isə 1.1% artım qeydə alındı. Ümumilikdə, 4 idlə Azərbaycan iqtisadiyyatı 0.5% azalıb. Belə bir durumda əımək haqqlarının ciddi şəkildə artması, hətta 40%-lik göstəricinin olması mümkün deyil. Çünki, əmək haqqları o zaman artır ki, ölkədə milli gəlir artır. Azərbaycanda isə, hələlik bu baş verməyib və 40%-lik artımdan söhbət gedə bilməz. Ola bilər ki, nazir büdcə sektorundakı müəyyən artımları nəzərdə tutub artımdan danışır, amma Azərbaycan iqtisadiyyatı da təkcə büdcə sektorundan ibarət deyil və özəl sektorda da 700 mindən çox maaş alan insan var", - deyə iqtisadçı Rövşən Ağayev bildirdi.
Bugün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Bugün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bugün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”