Qızıl Aypara Cəmiyyəti yardım adı ilə neftçiləri soyur?

SOCAR-da neftçilər onların maaşlarından Qızıl Aypara Cəmiyyəti adı ilə məcburi şəkildə pul tutulmasından şikayət edir, - bu barədə məlumatı anews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Mirvari Qəhrəmanlı bildirib ki, artıq bir neçə müddətdir ona bu məsələ ilə bağlı məlumatlar daxil olur.
"Neftçilər şikayətlənirlər ki, maaşlarından Qızıl Aypara Cəmiyyəti üçün məcburi formada pul tutulur. Onlar deyirlər ki, ötən il bu məbləğ 2 manat idisə, artıq bu ildən etibarən 6 manatdır. Mənə şikayətlənirlər ki, bu pul hara gedir, niyə bizdən yığırlar, bilmirik”, - deyə Mirvari Qəhrəmanlı işçilərin şikayətini bildirib.
Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə danışdıq.
Vitse prezident deyir ki, məcburi şəkildə pulun tutulmasından söhbət gedə bilıməz.
"Bilirsiniz, burada məcburiyyət yoxdur. Neftçilərdən kimlərsə cəmiyyətin üzvüdürsə, bəli, onlardan nizamnamə çərçivəsində pul toplanır. Keçən ilin fevralınakimi bu məbləğ 2 manat idi, cəmiyyətin ali şurasının qərarı ilə, fevraldan sonra həmşəki kimi ildə bir dəfə olmaqla, 6 manat oldu. Bu da heç bir aya 30-40 qəpik etmir” – deyə Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirib.
Qeyd edək ki, illik 6 manatı 12 aya böldükdə, bir nəfər üçün hər aya 0.50 azn düşür. Nəzərə alsaq ki, SOCAR-da 50 mindən çox işçi işləyir, bu bir ilə təxminən 300 000 min manat gəlir deməkdir.
Neftçilərin Hüquqlarının müdafiəsi təşkilatının hüquqşünası , vəkil Azər Quliyev isə deyir ki, işçilərin hətta Qızıl Aypara Cəmiyyətinə üzv olması da o demək deyil ki, onların maaşlarından üzvlük haqqı tutula bilər.
Onun sözlərinə görə, işçilərdən ancaq üç istiqamətdə məcburi qaydada pul tutula bilər. Bunlar gəlir vergisi, sosial müdafiə üçün, bir də, işsizlikdən sığortadır.
"Həmkarlar İttifaqı, Qızıl Aypara Cəmiyyəti və bu formada olan birliklərə qoşulmaq o demək deyil ki, sən üzvlük haqqı da verməlisən. Üzvlük haqqı o zaman tutula bilər ki, sən özün ərizə ilə müraciət edib xahiş edəsən ki, birliyə dəstək məqsədi ilə mən hər ay bu qədər yardım etmək istəyirəm. Bu olmadıqda, işçilərdən hansısa ad altında pul tutulması qanunvericiliyə ziddir", - deyə vəkil Azər Quliyev bildirdı.
O, həmçinin söylədi ki, qanunvericilikdə 3 halda məcburi formada pul çıxma var, bunlar gəlir vergisi, sosial müdafiə, bir də, işsizlikdən sığortadır. Qalan bütün hallarda işçidən məcburi pul tutulmaları qanunsuzdur və işçilərin məhkəmə qaydasında öz hüquqlarını bərpa etmək hüququ var.
Həzi
Bugün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Bugün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bugün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”