Elektrik enerjisi, qaz və su ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Elektrik enerjisi, qaz və su təchizatı üzrə məlumatların təchizat müəssisələrin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi qaydaları təsdiq olunub.
Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib. Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.
Təchizat müəssisələri tərəfindən məlumatların internet saytlarına yerləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
• istifadə rahatlığı – məlumatların internet saytlarında aydın şəkildə və oxunaqlı vəziyyətdə yerləşdirilməsi, sahibkarlar tərəfindən əlavə əməliyyat və ödəniş aparılmadan əldə edilməsi;
•operativlik – məlumatların internet saytlarına yerləşdirilməsinin və yenilənməsinin qısa müddətdə həyata keçirilməsi;
• səmərəlilik – sahibkarların vaxt itkisinin azaldılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
• şəffaflıq – kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumatların sahibkarlara təqdim edilməsi.
Təchizat müəssisələrinin internet saytlarına hər bir şəhər və rayon inzibati ərazi vahidi üzrə aşağıdakı məlumatlar yerləşdirilir:
• elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri;
• elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən aşağıdakı məlumatlar: transformatorların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti və göstəriciləri (gərginliyi, gücü və yüklənməsi, o cümlədən pik saatlarda yüklənməsi); nasos stansiyalarının və anbarların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, həmçinin nasos stansiyalarının qidalandığı mənbə və məhsuldarlığı, anbarların həcmi; qazpaylayıcı stansiyaların sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, yüklənməsi, qəbul edilən qazın həcmi; abonent sayı (əhali və qeyri-əhali); təchizat müəssisələrinin zəruri hesab etdiyi digər məlumatlar.
Məlumatlar təchizat müəssisələrinin internet saytlarına Azərbaycan Respublikasının elektron xəritəsinin üzərində cədvəl formasında yerləşdirilir. İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir. Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.
Bugün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Bugün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Bugün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bugün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Bugün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bugün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Dün, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
Dün, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Dün, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Dün, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
Dün, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
Dün, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Dün, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dün, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dün, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
Dün, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
Dün, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib
17-06-2026, 10:05
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
17-06-2026, 09:33
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
17-06-2026, 08:41
ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib
16-06-2026, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
16-06-2026, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
16-06-2026, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb