Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavini məhkəmədə ifadə verib

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.
O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: "Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat cərimə edilmişəm. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay, TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində vəsait yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi "hörmət"dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə "hörmət" edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm".
Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.
O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: "Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pul götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb".
O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: "Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə yetirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyasının üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm".
Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun elə bir səlahiyyəti olmayıb, bu işlərə Səhiyyə Nazirliyi baxır.
Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: "Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan verib, nəsə edibsə bunu əlbəttə, biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq, bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək".
O bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: "Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə, psixotrop - asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik".
Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra prosesdə sənədlər tədqiq edilib.
Növbəti proses sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib