Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Fransa iqtisadiyyatındakı problemlər, xarici dövlət borcunun yüksək olması və hökumətin bununla bağlı atmaq istədiyi addımlar kəskin narazılıq dalğasına rəvac verə bilər.
Baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Qeyd edilir ki, “bu tətil deyil, xalqın dinc üsyanıdır”. Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün Telegram qrupların yaradılacağı da bildirilir.
Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün fəaliyyəti tam və müddətsiz dayandırmaq, ölkəni bir növ iflic vəziyyətinə salmaqdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən qruplar müxtəlif cür aksiyalara, o cümlədən mitinqlərə, tətillərə, eləcə də məktəbi, işləməyi, kart ödənişlərini, istehlakı dayandırmağa, bank hesablarından pulları çıxarmağa çağırırlar. Onlar dövlət təsisatlarının fəaliyyətini sarsıtmaqla “təşkil edilmiş reketçiliyə dayan” demək istəyirlər.
Hərəkatın təşkilatçıları haqqında məlumat verilmir. Adətən, Fransada etiraz nümayişləri həmkarlar ittifaqlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilir, lakin bu dəfə həmkarlar təşkilatları heç bir rol oynamırlar. Səfərbərlik onlardan kənarda formalaşır ki, bu da vəziyyətin nəzarətdən çıxmaq ehtimalını artırır.
Hərəkat üzvləri heç bir partiyanı təmsil etmədiklərini, onların fəaliyyətindən siyasi partiyaların bəhrələnməsindən ehtiyat etdiklərini yazır, lakin müşahidəçilər onların şüarlarının daha çox sol düşərgəyə yaxın olduqlarını qeyd edirlər. Bəzi müşahidəçilər bunun aşağıdan gələn pərakəndə təşkilatlanma olduğu və “sarı jiletlər”ə bağlı qruplar tərəfindən tədricən yönləndirildiyi qənaətindədir.

Hərəkatın sürətlə genişlənməsi hakimiyyət düşərgəsində ciddi narahatlıq yaradıb. Onlar 2018-ci ilin payızında meydana çıxan “sarı jiletlilər” hərəkatına oxşar etirazların yenidən yaşanmasından ehtiyat edirlər. Hakimiyyətin əsas məqsədi hazırkı əlverişsiz siyasi şəraitdə 2027-ci il prezident seçkilərinə qədər mövcudluğunu davam etdirməkdir. Prezident Emmanuel Makron daxili siyasətə faktiki olaraq qarışmır, son müsahibəsində parlamentin buraxılması ideyasını istisna etməklə bu vəziyyətlə barışdığını və yalnız xarici siyasətlə məşğul olacağını etiraf etmiş olub. O, baş nazir Fransua Bayrunun 2027-ci ilə qədər vəziyyətin öhdəsindən gələ biləcəyinə inandığını bildirib.
Lakin hökuməti devirib, prezidentin istefasına və növbədənkənar prezident seçkilərinə nail olmaq istəyən qüvvələr hazırkı vəziyyətdən yararlanmaq istəyirlər. Artıq ifrat sağ “Üsyankar Fransa” hərəkatının lideri Jan-Lük Melanşon avqustun 17-də hazırkı hakimiyyəti “bitirmək” istəyən “xalq təşəbbüsünü” dəstəklədiyini ifadə edib.
Yaranmış vəziyyətdə Fransa hökuməti çətin duruma düşə bilər. Sentyabr ayında, bir tərəfdən, küçələrdə etirazlar başlaya, digər tərəfdən isə tətildən qayıdan parlamentdə büdcə layihəsi müzakirəsi olunarkən hökumətə etimadsızlıq təklifi səsverməyə çıxarıla bilər. Təsadüfi deyil ki, Jan-Lük Melanşon deputatları hökuməti devirməyə çağırıb. Onun partiyasının hökumətə etimadsızlıq təklifi ilə çıxış edəcəyi gözlənilir.
Həmkarlar təşkilatları da büdcə layihəsinə qarşıdırlar və sentyabrın əvvəlində görüşüb atacaqları addımları müzakirə etməlidirlər. Onlar kollektiv şəkildə büdcəyə etiraz imzası toplamağa başlayıblar və 275 mindən çox imzanı artıq toplayıblar. “Fəhlə Gücü” (FO) təşkilatı müzakirələri gözləmədən sentyabr ayında etiraz nümayişi keçirəcəyi ilə bağlı məlumat verib. “Ümumi Əmək Konfederasiyası”nın (CGT) bəzi departament filialları ayın 10-da səfərbər olunmağa çağırışlar edib, lakin “10 sentyabr səfərbərliyi”nə qoşulma ilə bağlı yekun qərar yoxdur.

Hələlik, Yelisey sarayı və Daxili İşlər Nazirliyi konkret fikir bildirməkdən yayınır, onlar məlumat topladıqlarını və müşahidə etdiklərini bəyan edir və hərəkatın sentyabr ayında özünü necə büruzə verəcəyi ilə bağlı fikir söyləməyin tez olduğunu bildirirlər. Hərəkatın hansı gücə malik olması ilə bağlı da aydın mülahizə yoxdur.
Qeyd edək ki, Fransa Avropa İttifaqının ikinci iqtisadiyyatı sayılsa da, inkişaf templərinə görə Avropa üzrə orta göstəricilərdən geri qalır. Baş nazir Fransua Bayrun təklif etdiyi qənaət paketini xarici dövlət borcunun yüksək olması ilə əlaqələndirib. Təklif qəbul olunarsa dövlət qurumlarının birləşdirilməsi, pensiya və sosial müavinətləri də əhatə edən bir sıra xərc maddələrinin dondurulması və hətta iki dövlət bayramının ləğvi nəzərdə tutur.(Report)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı