Zelenskinin andiçməyə gedəndə öpdüyü şəxs ermənidir - FOTO FAKT

Vladimir Zelenskinin Ukrayna prezidenti kimi and içərək rəsmi fəaliyyətinə başlamasından bir neçə gün keçməsinə baxmayaraq, hələ də dünya mediasında həmin andiçmə mərasimi, onun çıxışı, verdiyi mesajlar müzakirə predmetidir. Çünki hələ də andiçmə mərasimində diqqətdən yayınan xeyli məqamlar üzə çıxmaqdadır. Biz də Zelenskinin andiçmə mərasimindəki çıxışı, verdiyi mesajlar və bir sıra gizlin məqamları aydınlaşdırmaq məqsədi ilə politoloq Fuad Hilalova müraciət etdik.
Sonxeber.az xəbər verir ki, "Ölkə.Az"a müsahibəsində F. Hilalov bildirib ki, bir çox tədqiqatçıların müşahidə etdiyi kimi, bu andiçmə mərasimi bundan əvvəlki prezidentlərin and içmə mərasimlərindən fərqlənirdi.
"Nümayişkarənə səmimiyyət, toplaşanlarla əl sıxma və selfi çəkdirmə. Yeri gəlmişkən onu da qeyd edək ki, andiçməyə getdiyi vaxt insanlara yaxınlaşaraq Zelenskinin üzündən öpdüyü bir nəfər var idi və mən oxucuların diqqətini məhz bu məqama yönəltmək istərdim. Bu adam barəsində hələ Zelenskinin seçkiöncəsi təbliğatı ilə bağlı "Ölkə.Az" portalına verdiyim müsahibədə adını çəkdiyim Zelenskinin əvvəllər rəhbəri olduğu "Veçerniy kvartal" teatrının administratoru, Bakı ermənisi Mika Fatalov (Tosunyan) idi".
Zelenskinin ermıənilərlə sıx işbirliyi və andiçmə mərasimində digər ermənilər də olubmu sualına cavab olaraq politoloq bildirib ki, andiçmə mərasimi vaxtı Zelenskinin səmimi görüşdüyü başqa bir Bakı ermənisi isə hal hazırda daxili işlər naziri vəzifəsində olan Arsen Avakov idi:
"Avakovun hələ seçkilər vaxtı Zelenskiyə gizli dəstək verdiyi bildirilirdi".
Andiçmə zamanı Zelenskinin çıxşlarındakı digər məqamlara gəldikdə isə politoloq bildirib ki, seçki kampaniyası zamanı populist ritorikadan istifadə edən Zelenskinin andiçmə çıxışını populizm zirvəsi olaraq adlandıra bilərik. "O, çıxışında kabinetlərdə portretinin asılmamasını tələb etdi. Demək olar ki, bütün yüksək çinli məmurları aşkar bir şəkildə təhqir edərək işdən qovdu, elə andiçmə nitqində parlamenti tam tərkibdə buraxdı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi. Bütün bunlar isə Ukrayna cəmiyyətinin eşitmək istədiyi məqamlar idi. Bilirsinizmi, niyə?"
-Niyə?
- Çünki 2014-cü ildəki dövlət çevrilişindən sonra bütün sahələrdə tənəzzül yaşayan Ukrayna demək olar ki, varolma, ayaqda qala bilmə mübarizəsi aparır. Bircə onu deyək ki, bu illər ərzində ölkə əhalisi sayı 10 milyondan çox azalıb. Bütün problemlərin həlli mümkün olsa belə, (hələ ki nə vaxtsa həlli çox da real görünmür) bu yaxın illərdə həll ediləcək məsələ deyil. Bu yaxınlarda isə artıq yuxarıda qeyd edildiyi kimi parlament seçkiləri yaxınlaşır. Ukrayna yarı prezident üsul idarəli dövlət olduğuna görə parlamentin əhəmiyyəti böyükdür. Seçkilərə qədər xalqa verilmiş vədlərdən heç birini yerinə yetirmək mümkün olmadığına görə yüksək reytinqi saxlamağın yeganə yolu üzdə olan əvvəlki hakimiyəti nümayişkəranə cəzalandırmaq Zelenskinin gedəcəyi yeganə addımdır.
-Niyə üzdə olan hakimiyyətin?
-Ona görə ki, Ukrayna müasir dünyanın əksər ölkələri kimi oliqarxik üsul idarə ilə idarə olunan bir dövlətdir. Ona görə də Zelenskinin arxasında duran oliqarxik güclərin və xarici dövlətlərin maraqları ölkənin gələcəyindəki həll edici amil olacaq.
Dün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Dün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Dün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Dün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Dün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Dün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Dün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Dün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Dün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Dün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Dün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Dün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Dün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
14-05-2026, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
14-05-2026, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
14-05-2026, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
14-05-2026, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
14-05-2026, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
14-05-2026, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir