Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 168
14 Ağu 2025 | 16:42
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

 
Bu gün Pakistan İslam Respublikasının müstəqilliyinin 78-ci illiyidir. 1947-ci il avqustun 14-də Böyük Britaniya Hindistanının bölünməsi zamanı Müsəlman Liqasının səyləri nəticəsində əhalisi əsasən müsəlman olan Hindistanın şimal-şərq və şimal-qərb bölgələrini əhatə edən Pakistan dövləti yaranıb.

Pakistan müstəqil olduğu gündən müharibələrlə yaşayıb. Odur ki, bu İslam Respublikasını tərəddüd etmədən savaşlardan doğulmuş dövlət adlandırmaq olar.

Onun bütün müharibələri Hindistanla olub. İki ölkə arasında bir neçə savaş və silahlı münaqişə baş verib. Bunlardan ən əsası 1947-1948-ci illərdəki birinci, 1965-ci ildəki ikinci, 1971-ci ildəki üçüncü ( bu, Banqladeş müharibəsi kimi də tanınır) və 1999-cu ildəki dördüncü Hindistan-Pakistan müharibələridir (Pakistan hərbçilərinin Kəşmirin Kargil bölgəsinə daxil olması ilə başlayan müharibə).

Sonuncu dəfə 2025-ci il aprelin 24-də iki ölkə arasında müharibə oldu. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər mayın 10-da atəşkəs rejimini qəbul etdi.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

Bu müharibələrin başlamasına əsas səbəb Cammu və Kəşmir əyalətinin statusu olub. Hindistan adlanan coğrafi ərazi Böyük Britaniya tərəfindən bölündükdən sonra Hindistan bu bölgəyə xüsusi status verməkdən imtina edib. Bununla bağlı yaranan mübahisə münaqişə və müharibəyə çevrilib. Ancaq indiyədək qanlı müharibələrə səbəb olmuş Cammu və Kəşmir problemi həll olunmamış qalmaqdadır.

Pakistanın Baş naziri Şahbaz Şərif Müstəqillik Günü münasibətilə xalqa müraciətində qeyd edib ki, Hindistan Cammu və Kəşmir məsələsinin diplomatiya yolu ilə həlli üçün iradə nümayiş etdirməlidir.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

O xatırladıb ki, 2025-ci il mayın 6-10-da Hindistan hücumu nəticəsində başlayan müharibədə qazanılmış zəfər yalnız azadlığın əhəmiyyətini artırmaqla kifayətlənmədi, həm də pakistanlıların qəlbində yeni bir arzu və coşqu oyadaraq Müstəqillik Gününün sevincini və təntənəsini qat-qat artırdı: “Pakistanın suverenliyini qorumaq əzmimizi ifadə edərək sülhpərvər bir millət kimi regional və qlobal məsələlərin dialoq və diplomatiya yolu ilə həllinə inamımızı bir daha təsdiq edirik”.

Baş nazirin müraciətini Hindistan hakimiyyətinə danışıqlar aparmaq üçün ismarış kimi də dəyərləndirmək olar.

Hökumət başçısı Cammu və Kəşmir əhalisi ilə həmrəyliyini də ifadə edib. Oradakı insanların ədalət, öz müqəddəratını təyinetmə uğrunda apardıqları mübarizəyə hər zaman diplomatik, mənəvi və siyasi dəstəyi davam etdirəcəklərini bildirib.

Hindistanla müharibələrə baxmayaraq, Pakistan Asiyanın demokratik inkişaf baxımından aparıcı ölkələrindəndir. O, həm də İslam Respublikasıdır. Burada seçkilər şəffaf, azad və ədalətli keçirilir. Ölkədə hakimiyyətdə olanların səlahiyyət hədlərini aşmalarına görə ciddi şəkildə cəzalandırılması onun hüquq-mühafizə, məhkəmə orqanlarının qanunun aliliyini üstün tutumasının göstəricisidir.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

Pakistan islam dünyasında sayılıb-seçilən, hörmət edilən ölkədir. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə Ermənistanla heç bir diplomatik əlaqə saxlamayıb. Ermənistan onu tanısa da, Pakistan dünyada onu tanımayan yeganə dövlətdir. Bu rəsmi İslamabadın dünyada, o cümlədən islam aləmində mövcud olan problemlərə, onların həllinə yanaşmasının nümunəsidir. Başqa sözlə, o, Cammu və Kəşmir problemini keçmiş Qarabağ məsələsindən ayırmayıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “Report”a bugünkü müsahibəsində ölkəsinin Ermənistana münasibətində heç bir dəyişikliyin baş vermədiyini vurğulayaraq deyib: “Dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər”.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır: “Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir”.

Bu respublika 44 günlük müharibə zamanı Azərbaycana verdiyi siyasi, mənəvi dəstəyi ilə də başqa İslam Respublikasından fərqlənmişdi.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

Qasım Mohiuddin

Torpaqları işğaldan azad edildikdən sonra Türkiyə, Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam edir. Birgə təlimlər keçirilir. Bu ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə Azərbaycanda “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimin keçirilməsi planlaşdırılıb. Bu təlim iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Bu günlərdə Azərbaycan müdafiə nazirinin müavini, Ordu Baş Qərargahının rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabadda səfərdədir. O, İslamabadda ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr olunmuş hərbi paradda iştirak edib.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

Bu il mayın 28-də Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşü də münasibətlərin göstəricisi sayıla bilər.

Bundan əvvəl - bu ilin fevralında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdi. Prezident İlham Əliyev onunla görüşdə Azərbaycanla Pakistanın cür qardaşlıq münasibətlərini müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsi adlanldırmışdı: “Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır”.
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH

Həmin görüşdə Məhəmməd Şahbaz Şərif dövlət başçısı İlham Əliyevi “Pakistanın böyük dostu” adlandırmışdı.

Bununla yanaşı, rəsmi Bakı Cammu və Kəşmir probleminin həllində Pakistanı dəstəklədiyini də dəfələrlə bəyan edib.

2025-ci ilin yazında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsinin on ili tamam olub. Bu, tərəflər arasında əlaqələrin inkişafına daha bir nümunə sayıla bilər.

Beləliklə, bu gün Azərbaycanla Pakistan arasında bir çox sahələr üzrə səmimi dostluq münasibətlərinə söykənən əməkdaşlıq mövcuddur.

Təsadüfi deyil ki, bu gün Azərbaycanla Pakistanın regional və qlobal məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İki ölkənin əməkdaşlığı, strateji tərəfdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionlarının yaxınlaşmasına da müsbət təsir göstərir. Pakistan Azərbaycanla imzaladığı bütün sənədlərə uyğun davranıb. Bu, onun xarici siyasətində davamlılığının, sabit qədəmliliyinin göstəricisidir.

Azərbaycan-Pakistan münasibətləri bir qərinədə sınaqlardan üzüağ çıxıb.(Report)

Bayramın mübarək, Pakistan!
Bugün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Dün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Dün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Dün, 16:51
Kanaldan meyit tapıldı
Dün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Dün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Dün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Dün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Dün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Dün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Dün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Dün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Dün, 11:57
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Dün, 11:22
Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
Dün, 10:30
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Dün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq