Azərbaycanda bu şəxslər pensiya — ALA BİLMƏYƏCƏK
Gündəm / Sosial
Oxunub: 748
24 May 2019 | 15:02
Azərbaycanda bu şəxslər pensiya — ALA BİLMƏYƏCƏK

Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq

"Müraciətləri nəzərə alaraq "Pensiya amnistiyası"nın verilməsini təklif edirik".


BiG.AZ xəbər verir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ildən "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır:

"Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz "Pensiya Amnistiyası"nın verilməsini təklif edirik".

Vüqar Bayramov qeyd edib ki, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var:

"Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir".
Bugün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Bugün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bugün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Bugün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
Dün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Dün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Dün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Dün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Dün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”