BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr
Gündəm / Cəmiyyət
Oxunub: 88
31 Tem 2025 | 09:13
BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

1918-ci il 31 iyulda Bakı Xalq Komissarları Şurası səlahiyyətlərini təhvil verdi. Ertəsi gün – avqustun 1-də daşnak və onlara yaxın rus əsgərlərindən ibarət “Sentrokaspi” diktaturası quruldu.Bu vaxt Gəncədə yerləşən Azərbaycan hökuməti isə Bakını öz nəzarəti altına almağa və qorumağa hazırlaşırdı. 

Bəs, 31 iyul tarixində daha hansı mühüm olaylar baş verib?

1.  1492-ci ilin 31 iyulunda “Yəhudilərin İspaniyadan qovulmasını dəstəkləyən Elhamra qərarı” imzalanaraq qüvvəyə mindi. Osmanlı imperatorluğu döyüş gəmiləri göndərərək yəhudiləri İstanbul və İzmirə gətirdi.


2.  31 iyul 1498-ci ildə Xristofor Kolumbun rəhbərlik etdiyi ekspedisiya Trinidad adalarını kəşf edib.

3. 1932-ci il 31 iyulda Nasist partiyası parlament seçkilərində 230 deputatlıq yeri qazanaraq Almaniyanın birinci partiyası oldu, amma təkbaşına hakimiyyəti əldə edə bilmədi.

4.  31 iyul 1932-ci ildə “Türkiyə gözəli” Keriman Halis Belçikada keçirilən müsabiqədə "İlin dünya gözəli" seçildi.

5.  1959-cu ilin 31 iyulunda Türkiyə Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət etdi.
 

6.  31 iyul 1980-ci ildə Türkiyənin Yunanıstan Səfirliyinin inzibati ateşesi Qalip Özmen və qızı Aslıhan Özmen terror təşkilatı Asala tərəfindən edilən silahlı hücum nəticəsində həyatlarını itirdilər.


7.  1988-ci il 31 iyulda Malayziyanın Battervort şəhərində bərə terminalı çökdü. Hadisə nəticəsində 32 nəfər öldü, 1674 nəfər yaralandı.

8.  1997-ci il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin növbəti sessiyasında İlham Əliyev komitənin prezidenti seçildi. Bununla da ölkənin olimpiya hərəkatının inkişafında yeni era başlandı.

31 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  Eramızdan əvvəl 356-cı ilin bu günündə dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən biri Makedoniyalı İsgəndər anadan olub.  (e.ə. 356-323)
 

2.  Bu gün Fransanın tanınmış maarifçi filosofu Deni Didronun xatirə günüdür. Didro təbiət hadisələrini mexaniki materializm mövqeyindən izah edib, materiya ilə hərəkətin əlaqəsi, təbiətdə baş verən proseslərə dair dialektik fikirlər irəli sürüb. (1713-1784)


3.  31 iyul həm də məşhur macar bəstəkarı Ferens Listin xatirə günüdür. (1811-1886)

4.  Türkiyənin tanınmış yazıçısı, dövlət xadimi, yeni türk romanı və novellasının banilərindən biri Xalid Ziya Uşaklıgil 1866-cı ilin bu günü anadan olub.

5.  31 iyul məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin xatirə günüdür. (1900-1944)

6. Fransa komediya kino ustası Lui de Fünes 1914-cü ilin bu günü anadan olub. (1914-1983)

7.  31 iyul 1980-ci ildə Türkiyənin Afina səfirliyinin attaşesi Qalip Özmen ASALA terror təşkilatının sui-qəsdi nəticəsində həlak olub.

8.  1954-cü ilin bu günündə teatr və kino aktyoru, teatr rejissoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzovun doğum günüdür. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun nəvəsi, Azərbaycan SSR-nin Xalq Artisti, aktrisa Nəsibə Zeynalovanın oğludur.(Bizim.Media)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı