BİZİM TƏQVİM: 3 iyunda baş vermiş tarixi hadisələr

3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini nəzarətə götürüblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi.
Bəs, iyunun 3-də dünyada daha hansı hadisələr baş verib?
1. Eramızın 429-cu ilinin bu günündə Vandal german qəbilələrinin kralı Geyzerix öz qoşunları ilə Şimali Afrikaya keçərək orada öz dövlətini qurdu. Bundan 26 il sonra - 455-ci ildə yenidən daha böyük qoşun toplayaraq Aralıq dənizindən keçdi və Romanı işğal etdi.
2. 1785-ci il 3 iyunda fransız konstruktoru Fransua Blanşar Londonda öz ixtirasını – hava şarından tullanmaq üçün paraşütü nümayiş etdirdi. Lakin Blanşar özü ixtirasını şəxsən sınaqdan keçirməyə cəsarət etmədi, bu şərəfi pişiyinə həvalə etdi. Həmin pişiyi 300 metr hündürlüyə qalxan aerostatdan paraşütlə atdılar və o sağ-salamat yerə endi.
3. 3 iyun 1844-cu ildə sonuncu pinguinus impennis cütlüyü öldürülüb.
4. İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ilin 3 iyun tarixində Amerika Birləşmiş Ştatları və Yaponiya arasındakı müharibənin taleyini təyin edən Midvey dəniz döyüşü başladı. Dörd günlük müharibədən sonra Yaponiya 4 təyyarə daşıyıcısı və 332 təyyarəsini itirdi. Bununla ABŞ yaponların Sakit Okeanda irəliləməsinin qarşısını aldı.
5. 3 iyun 1989-cu ildə Çinin paytaxtı Pekindəki Tyananmen meydanında aprel ayından davam edən fasiləsiz tələbə mitinqləri hərbi güclə yatırdılıb. Milyona yaxın tələbənin etiraz aksiyasını dağıtmaq üçün meydana tanklar yeridilib. Qeyri-rəsmi məlumatlara görə, meydanda mindən çox adam həlak olmuşdu.
6. 1965-ci ilin bu günündə Amerika astronavtı Edvard Uayt açıq kosmosa çıxıb. Bununla o, açıq kosmosa çıxan ilk amerikalı kimi tarixə düşüb. Dünyada isə sovet kosmonavtı Aleksey Leonovdan sonra ikinci olub.
7. 3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
8. 3 iyun 1996-cı ildə Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan prezidentləri Boris Yeltsin, Heydər Əliyev, Eduard Şevardnadze, Levon Ter-Petrosyan Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda Bəyannamə” imzalayıblar. Bu sənədlə “Qafqaz dördlüyü” formatının əsası qoyulub. Amma onun real ömrü olmadı.
3 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Böyük rus təbiətşünası Kliment Timirzayev 1843-cü ilin bu günü anadan olub.(1843-1920)
2. 3 iyun məşhur Avstriya yazıçısı Frans Kafkanın xatirə günüdür. O 1924-cü ilin bu günündə 41 yaşında dünyasını dəyişib.
3. Tanınmış kinematoqraf, SSRİ Xalq artisti Sergey Gerasimov 1906-cı ilin bu günü dünyaya gəlib. Onun “Sakit Don” bədii filmi dünya kinematoqrafiyasının qızıl fonduna daxil olub (1906-1989).
4. 3 iyun Azərbaycanın görkəmli alimi Firudin Köçərlinin xatirə günüdür. F.Köçərlinin tədqiqatları Azərbaycanda fəlsəfi və ictimai fikir tarixi, etika və estetika məsələlərilə bağlıdır. Onun elmi yaradıcılığında Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Azərbaycanın digər görkəmli mütəfəkkirlərinin həyat və fəaliyyəti mühüm yer tutur (1920-2005).
5. Bu gün məşhur fransız bəstəkarı Jorj Bizenin xatirə günüdür.“Karmen” operasının müəllifi 3 iyun 1975-ci ildə vəfat edib.
6. 3 iyun böyük türk şairi Nazim Hikmətin xatirə günüdür. Türkiyə inqilabi poeziyasının banisi olan Nazim Hikmətin yaradıcılığı bütövlükdə XX əsr dünya ədəbiyyatının inkişafına təsir göstərib. Nazım Hikmət Ran 1961-ci ilin bu günü 61 yaşında Moskvada dünyasını dəyişib (1902-1963).
7. 2016-cı il 3 iyunda boksun unudulmaz adı olan Məhəmməd Əli 74 yaşında vəfat edib.Professional boks həyatı böyu bütün qarşılaşmalarda cəmi 5 dəfə məğlub olan Məhəmməd Əli bütün dövrlərin ən yaxşı boksçusu hesab olunur.
8. Azərbaycan kapitanı, Milli Qəhrəman Eldar Tağızadə 1992-ci ilin bu günündə şəhidlik zirvəsinə yüksəlib.(Bizim.Media)
Bugün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
Dün, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
Dün, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
Dün, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
Dün, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Dün, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
Dün, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
Dün, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
Dün, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
Dün, 12:28
Sabah Bakıda yağış yağacaq
Dün, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
Dün, 11:13
Bakıda parkda meyit tapıldı
Dün, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
Dün, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Dün, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
Dün, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
23-04-2026, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
23-04-2026, 11:46
Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb
23-04-2026, 11:13
İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
23-04-2026, 10:48
FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23-04-2026, 10:15
Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib