BİZİM TƏQVİM: Mayın 17-də baş vermiş tarixi hadisələr

1865-ci il 17 mayda Parisdə 20 ölkə nümayəndələrinin iştirakı ilə Beynəlxalq Teleqraf İttifaqı yaradıldı. 1990-cı ildə artıq bu təşkilatın üzvlərinin sayı 166 idi. Hal-hazırda Azərbaycan da bu nüfuzlu qurumun üzvüdür.
Bəs, mayın 17-də dünyada daha hansı hadisələr baş verib?
1. 17 may 1954-cü ildə ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəblərə getmələrinə mane olan qanun ləğv olundu.
2. 17 may 1983-cü ildə ABŞ, İsrail və Livan arasında bağlanan müqaviləyə əsasən İsrail ordusu Beyrutdan geri çəkildi.
3. 1989-cu ilin 17 mayında Pekindəki Tiananmen meydanında siyasi azadlıqlarla əlaqədar aclıq aksiyası keçirən tələbələri dəstəkləmək üçün Çində 1 milyondan çox insan nümayişə çıxdı.
4. 17 may 1990-cı ildə Bakılı kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirib.
5. 1996-cı ilin bu tarixində ATƏT-in Lissabon zirvə görüşü işə başlayıb. Həmin görüşdə Ermənistanın işğalçılıq siyasətini pisləyən sənəd qəbul edilib.
6. 2000-ci il 17 may tarixində “Qalatasaray” UEFA kubokunu qazanan ilk Türk futbol komandası oldu.
7. 17 may Beynəlxalq Uşaq Qaynar Xətləri Günüdür. Mayın 17-də dünyanın əksər ölkələrində Beynəlxalq Uşaq Qaynar Xətləri Günü “Uşaqları birləşdiririk” devizi altında qeyd olunur.
Dünyada fəaliyyət göstərən uşaq qaynar xətləri il ərzində 11,4 milyon zəng qəbul edir. Bu xidmətin uşaqların həyatında mühüm rol oynadığını nəzərə alaraq, 80-dən artıq ölkədə fəaliyyət göstərən uşaq qaynar xəttini birləşdirən Beynəlxalq Uşaq Qaynar Xətləri (BUQX) təşkilatı yaradılmışdır.
2006-cı ildən Azərbaycan Uşaq Qaynar Xətt Xidməti (AUQXX) baş qərargahı Hollandiyanın Amsterdam şəhərində yerləşən BUQX təşkilatının tamhüquqlu üzvüdür.
17 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 17 may 1880-ci il tarixində Türk yazıcı, şair, dövlət xadimi Ziya Paşa həyatını itirdi.
2. Azərbaycanın görkəmli yazıçısı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ilin bu günü dünyaya gəlib. Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb. (1870-1933)
3. Tanınmış fransız yazıçısı Anri Barbüs 1873-cü il 17 mayda anadan olub. Anri Barbüs 1927-ci ildə Azərbaycanda olub və “Neft ölkəsində” adlı məqaləsini yazıb. (1873-1935)
4. Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əmir Hacıyev 17 may 1899-cu ildə dünyaya gəlib.
5. Məşhur fransız aktyoru Jan Qaben 1904-cü ildə anadan olub.
6. Rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova 17 may 1929-cu ildə dünyaya gəlib.
7. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov 17 may 1952-ci ildə dünyaya göz açıb.
8. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev 17 may 2013-cü ildə vəfat edib. (Bizim.Media)
Bugün, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Bugün, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Bugün, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bugün, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
Bugün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
Dün, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
Dün, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
Dün, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
Dün, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Dün, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
Dün, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
Dün, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
Dün, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
Dün, 12:28
Sabah Bakıda yağış yağacaq
Dün, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
Dün, 11:13
Bakıda parkda meyit tapıldı
Dün, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
Dün, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Dün, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
Dün, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
23-04-2026, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb