Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI

ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb.
ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri 10-50 faiz arasında dəyişir.
Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10 % vergi tətbiq edir.
Tramp ABŞ-ın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə ABŞ-ın yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək və minimum tarif dərəcəsi 10 % olacaq.
Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq?
Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Belə ki, ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir.
Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub.
Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq.
Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir.
Gömrük rüsumlarının artırılması Azərbaycandan ABŞ-a ixrac edilən məhsulların qiymətini artıracaq. Bu ABŞ bazarında həmin məhsulların daha bahalı olmasına gətirib çıxaracaq. Bu da məhsulların rəqabətqabiliyyətini qismən azalda bilər.
Yüksək rüsumlar Azərbaycan ixracatçılarının yükünü artıracaq. Onlar qiymətləri tənzimləmək məqsədilə əlavə xərcləri ya özləri üzərlərinə götürməli, ya da qiymətləri artırmalı olacaqlar.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan ABŞ-a əsasən xalça, toxuculuq malları, şərab məmulatları və digər əl işləri məhsulları kimi unikal və premium məhsullar ixrac edilir. Onların da öz alıcıları var.
Əgər Azərbaycan məhsullarıbnın rəqabət qabiliyyəti azalarsa Azərbaycan ixracatçıları digər bazarlara, xüsusən Avropa, Asiya və yaxın Şərq bazarlarına yönələ bilərlər.
Ümumilikdə, ABŞ tərəfindən tətbiq edilən 10% gömrük rüsumlarının artırılması Azərbaycan üçün ciddi itkilər vəd etmir. Azərbaycandan bu ölkəyə ixracın zəif olması bunu deməyə əsas verir. Üstəlik Azərbaycandan Amerikaya ixrac olunan məhsulların çeşidi də çox deyil.
Qeyd edək ki, Tramp xüsusilə Çinə qarşı sərt mövqe göstərərək 67% rüsum tətbiq edir. Yeni tarif siyahısında ən yüksək tariflər Afrikadakı bəzi ölkələrə, məsələn, Lesoto, Kamboca, Laosa və Madaqaskara tətbiq ediləcək. Həmçinin, Vyetnam, Şri Lanka, Myanma kimi ölkələr də yüksək tariflərə məruz qalacaq. Azərbaycana və Türkiyəyə isə 10% gömrük rüsumu qoyulacağı açıqlanıb.
Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.
Bundan əlavə, Tramp, ABŞ-a xaricdən gətirilən avtomobillərə 25% gömrük rüsumu tətbiq ediləcəyini də qeyd edib. O, bu tariflərin ABŞ istehsalçıları üçün daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər yaradacağına inandığını bildirib.
Yeni tariflər həmçinin ABŞ-ın ticarət tərəfdaşları ilə daha bərabər şərtlər üzərində əlaqələr qurmağı məqsəd qoyur.

Bugün, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
Bugün, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
Bugün, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
Bugün, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
Bugün, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
Bugün, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
Bugün, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
Bugün, 11:46
Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Bugün, 11:13
İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
Bugün, 10:48
FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 10:15
Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib
Bugün, 09:41
Avropa çempionatı: Azərbaycanın 4 qadın güləşçisi bu gün xalça üzərinə çıxacaq
Bugün, 08:57
BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr
Bugün, 08:37
Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var
Dün, 17:18
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Dün, 17:00
İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
Dün, 16:38
Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq
Dün, 15:58
Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb
Dün, 15:16
Borçalıda yaşayanların sayı açıqlandı
Dün, 14:38
KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır
Dün, 12:55
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
Dün, 12:14
Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir
Dün, 11:45
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Dün, 10:50
Əli Əsədov Qazaxıstana səfər edib
Dün, 10:24
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 10:00
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək
Dün, 09:36
Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir