Generalın qohumu Bakının mərkəzində qız üstündə aləmi bir-birinə qatdı - Həbs olundu

General Məhərrəm Əliyevin yaxın qohumunun iştirakı ilə baş vermiş silahlı insident qız üstündə olub. Gənclər zərif cins nümayəndələrinə özlərini göstərmək məqsədilə odlu silahdan istifadə edib.
xeber.info xəbər verir ki, bu barədə Oxu.Az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Münaqişəyə məhz "erkəklərin dişi uğrunda döyüşü” səbəb olub.
Xatırladaq ki, nüfuzlu general-leytenantın qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanıb. Bu dəfə atışma Bakının mərkəzində, mayın 13-dən 14-nə keçən gecə Aşıq Molla Cümə küçəsi, üç nömrəli yaşayış binasının qarşısında baş verib.
27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Hadisə yerinə gələn polis əməkdaşları Əzizovu və Binnətəliyevi tələblərə əməl etməyə çağırıb. Tabe olmaq əvəzinə generalın qohumu asayiş keşikçilərinə bıçaqla müqavimət göstərib.
Nəticədə hər ikisi saxlanılıb, hadisə yerindən "Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapança darağı, iki beşbarmaq, dəmir dəyənək və bir bıçaq tapılıb. Həmçinin, insidentin digər iştirakçıları, paytaxt sakinləri - 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədəli Valid Fəxri oğlu saxlanılıb.
Saxlanılan şəxslər barəsində CM-nin 221 (xuliqanlıq), 228 (qanunsuz silah daşıma) və 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.
Yayılan şayiələrə görə, İ.Əzizov və digər insident iştirakçıları şəhəri tərk etməmə barədə iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bundan əvvəl (2016-cı ilin yanvar ayında ) İ.Əzizov və dostları yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüklərinə görə, 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Deyilənə görə, bu dəfə də o, yüngülvari tənbehlə canını qurtaracaq.
Bugün, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bugün, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
Bugün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Bugün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Bugün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Bugün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Bugün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Bugün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Bugün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
Dün, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Dün, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
Dün, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Dün, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
Dün, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Dün, 13:34
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Dün, 12:56
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
Dün, 12:07
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
Dün, 11:36
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
Dün, 10:42
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Dün, 10:05
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Dün, 09:24
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 08:52
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib