Bu müəllimlər üçün sertifikasiya əlavə üsullarla aparılmalıdır - AÇIQLAMA

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşmaya "dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində" işləyən təhsilverənlər cəlb edilirlər. "Musiqi məktəblərində" çalışan müəllimlər isə attestasiyadan keçirilir.
Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Onu da qeyd edək ki, attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.
Zaman-zaman isə musiqi məktəblərində çalışan müəllimlərin də sertifikasiya və qabiliyyət imtahanından keçməsi məsələsi gündəmə gəlir. Belə ki, bəziləri düşünür ki, musiqi məktəbində çalışan müəllimlərin pedoqoji təhsili, həmçinin tədris etdiyi fənlə bağlı bilik və bacarıqları yüksək səviyyədə olmalıdır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirib ki, artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb edilirlər. 2021-ci ildən başlanan prosesdən artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar. Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür.
“Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı. Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi.
Bilirik ki, Müəllimlərin sertifikatlaşdırılması prosesi bir yox, bir neçə mərhələdən ibarətdir. Test imtahanı mərhələsi onun yalnız ikinci etapıdır. Müsahibə mərhələsində də müəllimlərdən pedaqoji, psixoloji, qanunvericilik, ən əsası idarəçilik istiqamətində müəyyən bilgilər soruşulur. Ünsiyyət qabiliyyəti, idarəetmə bacarıqları yoxlanılır.
Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqlarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi. Hər iki cəhdin ədalət prinsiplərinə uyğun olduğunu düşünürük”.
Təhsil eksperti onu da vurğulayıb ki, hazırda Azərbaycanda aparılan sertifikasiya imtahanları Ukrayna təcrübəsinə əsaslanır:
“Bu təcrübədə 10 və 35%-lik maaş artımının göstərilən bal dinamikasına görə uyğunluğu, müsahibə mərhələsindəki gedişlər özünü göstərir. Sözsüz ki, gələcəkdə bu prosesin tətbiqi zamanı bir çox yeniliklərin, digər beynəlxalq təcrübəyə aid olan əlavələri də görə biləcəyik. Bütün bu özəlliklərə əsasən sertifikatlaşdırma prosesini təhsilverənlərin qiymətləndirilməsi məsələsində ən uyğun variant hesab etməliyik”.
Musiqi məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi üçün də sertifikatlaşdırılmadan istifadəyə də münasibətini bildirən E.Nuri qeyd edib ki, musiqi məktəblərində dərs deyən müəllimlərin sertifikasiyaya cəlb olunması müsbət tendensiya olar. “Orada çalışanlar da musiqiçi olmaqla yanaşı, həm də pedaqoqdurlar. Pedaqoji mühitdə isə özünü bütün parametrlərə görə ən yaxşı doğruldan məhz sertifikasiyadır. Hazırkı sertifikasiya modelinin musiqi məktəblərində çalışanlar üçün də uyğunluğunu söyləmək lazımdır. Çünki bu illər ərzində proses həqiqətən də təkmilləşdirildi. Lakin bu tipli təhsil müəssisələrində çalışanlar üçün həmin proses təşkil olunsa, o zaman müəyyən əlavə və yeniliklərə, hətta şərtlər arasında sadələşdirməyə də müəyyən ehtiyac olacaqdır. Bunun üçün isə mütəxəssislərin düşünməsi və daha adekvat qərar verməlidirlər”.
Bugün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
Dün, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Dün, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Dün, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dün, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
Dün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24-04-2026, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
24-04-2026, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24-04-2026, 12:28
Sabah Bakıda yağış yağacaq
24-04-2026, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
24-04-2026, 11:13
Bakıda parkda meyit tapıldı
24-04-2026, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
24-04-2026, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
24-04-2026, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır