Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 190
18 Şub 2025 | 15:31
Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH

 
Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Ermənistan hakimiyyəti özünə yeni sığınacaq axtarır. Baş nazir Nikol Paşinyanın ABŞ və Fransaya səfərləri də məhz bu niyyətə xidmət edir və erməni siyasətçi dünyada baş verən dəyişikliklərin onun hökumətinə necə təsir edəcəyini anlamaq istəyir. Hökumət anlayır ki, ölkə daxilində vəziyyət gərginləşir, ictimai dəstək günü-gündən azalır və daxili fikir ayrılıqları nəticəsində iqtidar komandasındakı çatlar da getdikcə dərinləşir və bu, artıq daxili qarşıdurmalarla nəticələnməyə doğru gedir.

Baş nazir isə getdikcə ölkə daxilində onu dəstəkləyənləri getdikcə itirməyə başlayıb. Hətta bu sıraya onun tərəfdarları da əlavə edilib. Məsələn, 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra daim Paşinyanı dəstəkləyən “Nouvelles d'Arménie” jurnalının redaktoru Ara Toranyan da artıq hökumət başçısına aid ümidlərini itirdiyini bildirib. O, Fransaya səfəri zamanı Paşinyanın ermənilərlə görüşünü sərt dildə tənqid edib. Toranyanın bu açıqlaması isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda baş naziri dəstəkləyən digər nüfuzlu şəxslərin də dilindən buna bənzər açıqlamalar eşidiləcək.

Digər tərəfdən isə erməni müxalifəti müəyyən nəticələr əldə etməyə, daxili sosial problemləri, narazılıqları iqtidara qarşı istifadə edərək, möhkəmlənməyə, ictimai rəyi artırmağa çalışır. Müxalifət xarici dəstəyi artırmaqla mümkün çatışmazlıqları kompensasiya etməyə çalışır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək, ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, əsas iki istiqamət seçilib: Qarabağ erməniləri kartı və Rusiyadan qopmağın fəsadları. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də şimala dəstək üçün mesaj göndərib, həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində iştirak edəcəyinə işarə verib. Heç şübhəsiz ki, açıqlamalarında separatçı Samvel Şahramanyanın adını hallandırması, onu təmizə çıxarmaq istəyi də bununla əlaqədardır. Bununla yanaşı, Robert Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da İrana işarə edərək, Tehrana bununla mesaj göndərmiş sayılıb. Ümumi olaraq, keçmiş siyasətçinin çıxışı son günlər baş verən hadisələr fonunda müxalifəti təşkilatlanmaya, Rusiyadan xüsusi dəstək almağa yönəlik sayılır.
Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH

Robert Koçaryan

Koçaryanın Serj Sarkisyanla, yəni Ermənistanın üçüncü prezidenti ilə bağlı verdiyi açıqlamalar xüsusi diqqət cəlb edib. Onun sözlərindən belə anlaşılır ki, sabiq prezidentləri birləşdirən məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əlavə olaraq, Koçaryana yaxın media orqanlarında bu açıqlama ilə bağlı verilən şərhlərdən də anlamaq olar ki, Ermənistanın ikinci və üçüncü prezidentləri baş nazirə qarşı gizli ittifaq qurublar və ya yaxın günlərdə bu işlə bağlı ciddi addımlar atılacaq. Bu da o deməkdir ki, Paşinyana qarşı yeni cəbhə yaranır və Robertlə Serjin ittifaqı vəziyyəti bir az da qəlizləşdirə bilər.

Eyni zamanda “Hayastan” bloku və “Ana Ermənistan” ictimai nəqliyyat tariflərinin artırılmasını bəhanə edərək, hər gün etirazlara qalxır, aksiyalar keçirir. Məqsəd paytaxt İrəvanda kütləvi nümayişlərə, etirazlara nail olmaqdır. Bununla belə, deputatların belə küçələrə düşməsi, avtobus və digər ictimai nəqliyyat vasitələrinə daxil olması etirazın kütləviləşməsi ilə nəticələnmir. Bu da sadə erməni vətəndaşının artıq nə iqtidara, nə də müxalifətə bel bağlamaq istəmədiyi faktını üzə çıxarır. Neçə aydır paytaxt İrəvanda ictimai nəqliyyatda qiymət artımı ilə bağlı etirazlara hökumətin fərqli reaksiyası da üzə çıxıb. Əvvəlcə rayon administrasiyalarının əməkdaşlarına gediş haqqının bahalaşmasına etiraz edən, gediş haqqını ödəməyən vətəndaşlara qarşı çıxmaq tapşırılsa da, bu yaxınlarda əmr dəyişdirilib.

Yeni təlimata əsasən, hətta şəxsi avtomobili olanlar da işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. Buna səbəb isə sosial şəbəkələrdə etiraz edən insanları təhqir edən şəxslərin bələdiyyə işçiləri, inzibati ərazi dairəsi əməkdaşlarının olduğu barədə çoxsaylı faktların üzə çıxması olub. Ehtimal etmək olar ki, sonuncu təlimatla aranı sakitləşdirmək, insanlarda daha çox əsəbə və narazılığa səbəb olacaq hərəkətlər sərgiləməmək nəzərdə tutulub.
Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH

Hakim partiyanın isə hazırda ən böyük məqsədi Gümrü seçkilərində qalib gəlməkdir. Əbəs deyil ki, Paşinyan “Vətəndaş müqaviləsi” partiyasına göstəriş verərək, nəyin bahasına olursa-olsun, bu seçkidə səs toplamaq, qalib gəlməyi tapşırıb. O, komanda yoldaşlarını əmin edib ki, təmsil etdiyi siyasi partiya martda keçiriləcək seçkilərdə Gümrüdə qalibi olacaq. “Vətəndaş müqaviləsi”nin qapalı keçirilən iclasında bələdiyyə sədrinin müavini Sarik Minasyan iştirak edib və o, elitanı inandırıb ki, seçilmək üçün əlindən gələni edir. Bunun üçün daim vətəndaşlarla görüşlər keçirir, onların etimadını qazanır.

Qeyd etmək yerinə düşər ki, partiya iclasında Şirak qubernatoru David Aruşanyan, Gümrü Ağsaqqallar Şurasının üzvləri, hətta Şirakın sabiq qubernatoru Muşeq Muradyan da iştirak edib. Bütün diqqət və müzakirələr məhz Gümrü seçkiləri ilə bağlı olub. Bununla belə, söyləmək yerinə düşər ki, hakim partiyanın Gümrü seçkiləri ilə bağlı ciddi narahatlıqları var.

Paşinyandan fərqli olaraq, onlar bu seçkidə qələbəyə şübhə ilə yanaşırlar. Çünki qarşı tərəf Ruben Mxitaryan, Vardan Qukasyan, Karen Simonyan və Martun Qriqoryan kimi namizədlərə üstünlük verib və sözügedən şəxslər Gümrüdə kifayət qədər böyük nüfuza sahibdirlər və seçkidən əvvəl hakim partiya əleyhinə səs toplamaqla məşğuldurlar.
Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH

Yenicə müxalifətə keçən Ovik Ağazaryan da yaxın vaxtlarda Nikol Paşinyanın istefası prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb. Hazırda sabiq deputat etimadsızlıq prosesinə başlamaq üçün yeni yaratdığı partiyanın nümayəndələri ilə müxtəlif görüşlər keçirir və müzakirələr aparır.

Qeyd edək ki, fevralın 8-də Ovik Ağazaryan və “Vətəndaş müqaviləsi”ndən xaric edilmiş digər deputat Akop Aslanyanın yeni yaradılmış “Vahid Milli Sosialist Partiyası”nın təsis qurultayı keçirilib və Ağazaryan bəyan edib: “Biz Nikol Paşinyanın yenidən seçilməməsi və yenidən baş nazir olmasının qarşısını almaq üçün mübarizə aparacağıq”. Ağazaryan planı müdaxilələrdən qorumaq üçün dəqiq tarix söyləmir və bu barədə açıqlama verməkdən imtina edir.

Yeri gəlmişkən, bu yaxınlarda erməni mətbuatında müxalifətin gizli lider üzərində işlədiyi, bu şəxsin siyasətdə dönüş edəcəyi barədə bir neçə məqalə yayımlanıb. Ehtimal etmək olar ki, müxalifət bu fikri ya qəsdən ortaya ataraq diqqətləri dağıtmağa çalışır, ya da gizli lider hazırlanıb sadəcə onun xarici xüsusi xidmət orqanları ilə razılaşmasını gözləyir. Hər bir halda, söyləmək olar ki, Ermənistanın siyasi arenasında ciddi təlatümlər baş verir və vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Görünür, 2026-cı il seçkilərinə qədər hələ çox sular axacaq...(Report)
Dün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
25-04-2026, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25-04-2026, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
25-04-2026, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25-04-2026, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-04-2026, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24-04-2026, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
24-04-2026, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24-04-2026, 12:28
Sabah Bakıda yağış yağacaq
24-04-2026, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
24-04-2026, 11:13
Bakıda parkda meyit tapıldı
24-04-2026, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
24-04-2026, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
24-04-2026, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır