Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətlərini AÇIQLADI
Gündəm / Cəmiyyət
Oxunub: 116
21 Ock 2025 | 10:54
Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətlərini AÇIQLADI

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlarda, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir".

Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir: "Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər".

İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: "Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya,(adətən qızdırma ilə eyni vaxtda başlyır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək,asqıraq, mədə-bağırsaq əlamətləri –disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir. 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir: Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər".

İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar: "Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər. Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər. Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir".

Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil: "Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində su çiçəyi virus aşkarlanır".

Qeyd edək ki, Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.
Bugün, 17:05
Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir
Bugün, 16:32
FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:52
2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto
Bugün, 15:09
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq
Bugün, 14:34
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib
Bugün, 13:08
Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirilir
Bugün, 12:29
Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
Bugün, 11:44
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bugün, 11:11
Parlamentin plenar iclası başlayıb, MSK-nın yenidən formalaşdırılmasına baxılacaq
Bugün, 10:28
Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
Bugün, 09:40
Günün qoroskopu: Maliyyədə ortaq qərarlar önəmlidir
Bugün, 09:09
KİV: ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır
Dün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
25-04-2026, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25-04-2026, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
25-04-2026, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25-04-2026, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-04-2026, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24-04-2026, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
24-04-2026, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24-04-2026, 12:28
Sabah Bakıda yağış yağacaq