Ermənistan işğalçılıq siyasəti ilə nə qazanıb? 20% torpaq, yoxsa ....
Gündəm / Dünya
Oxunub: 623
16 May 2019 | 17:31
Ermənistan işğalçılıq siyasəti ilə nə qazanıb? 20% torpaq, yoxsa ....

Mayın 14-ü Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə keçirilən konfransda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni jurnalistlərin suallarını cavablandırarkən onlardan soruşub ki, "Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazandı? »

Xarici İşlər Nazirinin bu sualı elə Azərbaycanda da ciddi müzakirəyə səbəb olub. Bəzilərinin fikrincə, Ermənistan torpaq qazanıb, Azərbaycanın ən səfalı ərazilərini, tam 20 faizini 26 ildir işğal altında saxlayıb məskunlaşdırır, özününküləşdirir, dünyanı faktla barışmağa məcbur edir, bəzilərinin fikirlərinə görə isə, Ermənistan torpaqları müvəqqəti işğal edib və bir gün o torpaqlardan qovulacaq. Bu müvəqqəti işğal isə, Ermənistanı qlobal və regional layihələrdən kənarda saxlayır.

"Əgər Ermənistan Qarabağı işğal etməsəydi, bu gün Gürcüstandan keçən boru xəttləri Ermənistandan keçəcəkdi”

Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanın işğalçılıq siyasəti ölkəni bir çox imkanlardan məhrum edib. Onun sözlərinə görə, ölkədə hər kəs müharibə başlaya bilər qorxusu ilə yaşayır.

"Ermənistanın bu mövzuda ciddi itkiləri oldu. Əvvəlcə onu deyim ki, ölkədə hamı müharibə başlaya bilər qorxusu ilə yaşayır. Bu gün Gürcüstandan keçən boru xəttləri, Ermənistandan da keçə biıərdi. Azərbaycan və Türkiyə ilə sərhədlər açılardı, iqtisadi imkanları genişlənərdi. Bu işğal Ermənistanı bütün regional layihələrdən kənar saxladı” – deyə o əlavə edib.

Elxan Şahinoğlu deyir ki, artıq Paşinyanın görüşləri də ciddi səmərə vermir.

"Bu günlərdə Paşinyan Çində oldu, görüşlər keçirdi. Heç olmasa, bir müqavilə də bağlaya bilmədi. Ermənistana əliboş döndü. Ancaq Azərbaycan prezidenti bu görüşləri çox səmərəli başa vurdu. Çin Ermənistanı yox, Azərbaycanı seçdi. Bu da, birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə əlaqəlidir” – deyə Elxan Şahinoğlu bildirdi.

Ekspert deyir ki, Ermənistan tərəfi son şansını da itirdi.

"Son ümidləri o idi ki, İran – Rusiya dəmir yolu xətti Erməınistandan keçsin, ancaq hər iki tərəf bu mövzuda da Ermənistanı yox, Azərbaycanı seçdi” – deyə politoloq Elxan Şahinoğlu bildirib.

"Ermənistan dağılmaqda olan Sovet İmperyasının avanturist ideyalarını həyata keçirdi”

Bu fikirlər isə, Millət Vəkili Fəzail Ağamalıya aiddir.

Millət vəkili deyir ki, Ermənistan bu gün də Rusiyanın maraqları ilə hərəkət edir.

"Hal-hazırda Rusiyanın durumu göz önündədir. Rusiyanın qlobal maraqları olduğu kimi, regional maraqları da var. Rusiya Qafqazı ələ almaq istəyir. Ona görə də, bu münaqişədə netiral mövqe sərgiləyə bilmir. Ermənistan da bu kontekstdə Rusiyanın maraqlarına xidmət edir” – deyə millət vəkili bildirib.

Əgər Rusiya olmasa…

Fəzail Ağamalı deyir ki, əgər Rusiya bu məsələdə neytral mövqe sərgiləsə, Azərbaycan çox qısa müddətdə torpaqları geri alacaq.

"Bu gün Azərbaycanın Rusiya ilə olan yüksək əməkdaşlıq münasibətləri ümid verir ki, Rusiya bir gün bu məsələdə neeytral mövqe sərgiləyəcək. Bu baş versə, çox qısa müddətdə torpaqlarımızı geri alacağıq” – deyə millət vəkili bildirib.

Fəzail Ağamalı bildirib ki, Ermənistana sanksiya tətbiq olunması ilə bağlı ardıcıl olaraq çağrışlar edilir, ümumilikdə isə, bu işğaldan qazandıqları yoxsulluq, səfalət oldu.
Bugün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Bugün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
Dün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Dün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Dün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Dün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Dün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Dün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Dün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Dün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Dün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Dün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Dün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Dün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Dün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
14-05-2026, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
14-05-2026, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
14-05-2026, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
14-05-2026, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi