BİZİM TƏQVİM: 5 dekabrda baş vermiş tarixi hadisələr
Gündəm / Cəmiyyət
Oxunub: 106
5 Ara 2024 | 08:47
BİZİM TƏQVİM: 5 dekabrda baş vermiş tarixi hadisələr


Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür. BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Bəs, dekabrın 5-də dünyada dünyada daha nələr olub?

1. 1791-ci ilin 5 dekabr tarixindә görkәmli Avstriya bәstәkarı Volfqanq Amadey Motsart Vyanada vәfat edib. Qısa hәyatına baxmayaraq Motsart 626 әsәr yaratmağı bacarıb.

2. 1901-ci ilin 5 dekabr tarixindә dünyanın әn mәşhur çizgi film qәhramanlarına imza atan xarici rejissor Valt Disney Amerika Birlәşmiş Ştatlarının Çikaqo şәhәrindә anadan olub.

3. 1934-cü ilin 5 dekabr tarixindә Türkiyәdә qadınlara seçmә vә seçilmә hüququ verәn qanun layihәsi Türkiyә Böyük Millәt Mәclisi tәrәfindәn qәbul edilib. Qanun 22 yaşını tamamlamış qadınlara seçmә hüququ, 30 yaşını tamamlamış qadınlara isә millәt vәkili olma hüququ verib. 1935-ci ilin 8 fevral tarixindә keçirilәn parlament seçkilәrindә 18 qadın millәt vәkili seçilәrәk vәzifәlәrinin icrasına başlayıb.

4. 5 dekabr 1941-ci ildə Finlandiya, Macarıstan və Rumıniya SSRİ-yə qarşı hərbi əməliyyatları dayandırmaqdan imtina edəndən sonra Böyük Britaniya bu ölkələrə müharibə elan edib.

5. 1946-cı ilin bu günündı Nyu-York şəhəri Birləşmiş Millətlər Təşkilatının daimi qərargahı seçilib.

6. 1951-ci ilin 5 dekabr tarixindә Beynәlxalq Köç Tәşkilatı yaradılıb. Tәşkilat miqrantların yeni bir ölkәyә yerlәşdirilmәsi, könüllü şәkildә geri dönmәlәrinә yardım, miqrantların sәhәti, pul göndәrmә vә qanuni köç variantlarının dәstәklәnmәsi kimi sahәlәrdә fәaliyyәt göstәrir.

7. 2013-cü ilin 5 dekabr tarixindә Cәnubi Afrikanın ilk qaradәrili dövlәt başçısı Nelson Mandela vәfat edib.

8. 2016-cı ilin 5 dekabr tarixindә Türkiyәnin kosmosdakı gözü olan “GÖKTÜRK-1” peyki orbitә buraxılıb.

Dekabrın 5-də bu şəxsiyyətlər xatırlanır:

1. 5 dekabr 1906-cı ildə Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.

2. 5 dekabr 1912-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Sadıq Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub. Rəsmləri: "Səttarxan fədailəri Təbrizdə", “Sərkərdə Babəkin porterti” və s.

3. 5 dekabr 1924-ci ildə kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

4. 5 dekabr 1921-ci ildə tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5. 5 dekabr 1924-cü ildə aktrisa Şəfiqə Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” filmlərində çəkilib.

6. 5 dekabr 1925-ci ildə Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Əbdürrəhmanov (1925 - 26.7.2008) doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

7. 5 dekabr 1927-ci ildə yazıçı Cəmil Əlibəyov (1927 - 26.10.2014)  doğulub. Əsərləri: “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü" (roman), "Gülüstanda qətl" (pyes) və s. “Azərbaycanfilm”in direktoru olub, sənədli filmlərin ssenari müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.

8. 5 dekabr 1941-ci ildə böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

9. 5 dekabr 1947-ci ildə Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Musiqili Teatrında çalışıb. “Yaşıl eynəkli adam” televiziya tamaşasında, “Yoxlama” teleserialında çəkilib. (Bizim.Media)
Bugün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bugün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Bugün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Bugün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Bugün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Bugün, 15:26
I sinfə qəbul başlayır
Bugün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bugün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Bugün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Bugün, 11:25
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Bugün, 10:36
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bugün, 10:05
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
Bugün, 09:37
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Bugün, 09:11
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
Bugün, 08:55
XTQ-nin yaradılmasından 27 il ötür
Dün, 16:47
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
Dün, 16:05
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
Dün, 15:33
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi
Dün, 14:58
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
Dün, 14:26
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
Dün, 12:41
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
Dün, 12:09
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Dün, 11:44
Sara Əzimovaya yeni vəzifə verilib
Dün, 11:11
Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"
Dün, 10:29
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
Dün, 09:54
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Dün, 09:23
"Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək