Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 134
21 Kas 2024 | 17:49
 
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH


Makron Fransası və erməni lobbisinin anti-Azərbaycan isterikası səngimir, erməni separatizminə son qoyan Azərbaycana qarşı hər cür vasitədən istifadə etməkdədir. BMT-nin ən ali və mötəbər tədbirlərindən biri - COP29 günlərində belə bu kampaniyaya son qoyulmur, əksinə, daha da genişləndirilir. Kampaniya uğursuz nəticələndikcə daha da azğınlaşır, qərəz artır. Bu sıraya dünyada heç bir mövqeyə və nüfuza malik olmayan “cırtdan” dövlətlər də qoşublar.

Söhbət Lüksemburq Deputatlar Palatasının Qarabağda separatçı hərəkətlərə yol verən və Azərbaycan torpaqlarında terror aktları törədilməsinə imza atan şəxslərin azad edilməsini tələb edən "qətnamə"dən gedir. “Sənəd” bütövlükdə terrorçuluqda ittiham olunan şəxslərin, separatçıların azad olunmasını nəzərdə tutur və ənənəvi köhnəlmiş fikirlər yığınıdır.

Qəbul edilən "qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" (persona non grata) elan etməsinə qarşı bənd də salınıb. Tələb də odur ki, rəsmi Bakı bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürməlidir.

Özünün milli dili olmayan Lüksemburqda fransızca əsas dil kimi qəbul edilib. Bu səbəbdən palatanın separatizmə və terrorizmə dəstək verən qətnaməsini diqqətə almamaq da olardı. Heç bir siyasi çəkiyə və nüfuza malik olmayan "cırtdan" dövlətin özü nədir ki, onun parlamentinin çıxardığı da qərar nə olsun? Sadəcə, bir sıra məsələlərə görə sözügedən "qətnamə"nin üzərində dayanmağı zəruri saydıq.
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Məsələ ondadır ki, noyabrın 1-dən etibarən Fransa bütün sərhədlərində nəzarəti bərpa edib. Müvəqqəti olan bu tədbir 30 aprel 2025-ci ilədək qüvvədə qalacaq.

Fransanın Baş naziri Mişel Barnier bildirib ki, ölkə noyabrın 1-dən altı Avropa dövləti ilə sərhədlərində nəzarətini bərpa edib. Və onların arasında Lüksemburq da var. Görünür, Lüksemburq Parisi "yola gətirmək" üçün bu addımı atıb.

Digər bir məsələ də ondan ibarətdir ki, ölkədə erməni lobbi və diaspor təşkilatlarının nüfuzu pik həddədir. Erməni lobbisinin və havadarlarının ümidləri artıq gərəksiz “cırtdan” dövlətlərə qalıb, növbəti mərhələdə San-Marino və Lix­tenşteyni görsək, təəccüb etmərik. Çox güman ki, erməni lobbisi Avropadan sonra Afrikaya, buradakı "cırtdan" dövlətlərə - Svazilend, Lesoto və digər ərazilərə üz tutacaq.

Ümumiyyətlə, Lüksemburqda anti-Azərbaycan əhvali-ruhiyyə çoxdan hiss olunur. Bundan əvvəl də ölkə parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Həmin sənəddə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri hədəfə alınmışdı. Bildirilmişdi ki, Azərbaycanın guya əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən çox erməni Qa­rabağdan köçmək məcburiyyə­tində qalıb. Orada Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırış da əks olunub. Tələb edilib ki, erməni hərbi əsir­lər dərhal azadlığa buraxılmalıdır.
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Erməni lobbisindən yemlənən deputatlar anlamırlar ki, Azərbaycan tərəfi erməni əsirləri Ermənistan ərazisində saxlama­yıb.

Bundan əvvəl Lüksemburq parlamentinin sədri Klod Visler Ermənistana səfər edib. Şübhəsiz ki, bu, Fransanın göstərişi ilə baş tutub. O, Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın əleyhinə hədyanlar yağdırıb.

Lüksemburqda erməni lobbisinin təşkilatçılığı ilə azərbaycanlılara qarşı təxribatlar da törədilib. Məsələn, 2019-cu ildə "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində Lüksemburqda baş tutan oyunu zamanı keçmiş separatçıların drona bağlanmış qondarma bayrağının nümayişini yada salmaq kifayətdir.

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinə müxtəlif qüvvələr tərəfindən hücumlar edilməsi, həmin şəxslərin kimlikləri məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməməsi də diqqətdən qaçmır.
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Bir faktı da qeyd edək ki, Bakıda keçirilən COP29-da Lüksemburq ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmeslə təmsil olunur. Və ümid etmək olar ki, ölkəmiz haqqında əldə etdiyi məlumatlar əsasında onda obyektiv fikir formalaşacaq. Bunu da bədnam qərar qəbul edən ölkəsinin deputatlarına çatdıracaq.

Beləliklə, sözügedən "qətnamə" əvvəlkilər kimi ikrah doğurur.

Başda Fransa olmaqla, erməni lobbisinin Cənubi Qafqazda sülh prosesinə qarşı çağırışları fiasko ilə nəticələnəcək. İstər erməni lobbisi, istərsə də Fransa hökumətinin riyakar siyasəti “cırtdan” dövlətlərin əli ilə icra etmələri onların nə qədər aciz olduqlarından xəbər verir.(Report)
Bugün, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Bugün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bugün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Bugün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Bugün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Bugün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Bugün, 15:26
I sinfə qəbul başlayır
Bugün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bugün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Bugün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Bugün, 11:25
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Bugün, 10:36
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bugün, 10:05
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
Bugün, 09:37
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Bugün, 09:11
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
Bugün, 08:55
XTQ-nin yaradılmasından 27 il ötür
Dün, 16:47
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
Dün, 16:05
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
Dün, 15:33
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi
Dün, 14:58
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
Dün, 14:26
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
Dün, 12:41
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
Dün, 12:09
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Dün, 11:44
Sara Əzimovaya yeni vəzifə verilib
Dün, 11:11
Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"
Dün, 10:29
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
Dün, 09:54
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb