Leyla Əliyeva COP29-da müzakirələrdə iştirak edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə Leyla Əliyeva çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.
IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.










Dün, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Dün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Dün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Dün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Dün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Dün, 15:26
I sinfə qəbul başlayır
Dün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Dün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Dün, 11:25
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Dün, 10:36
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Dün, 10:05
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
Dün, 09:37
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Dün, 09:11
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
Dün, 08:55
XTQ-nin yaradılmasından 27 il ötür
29-04-2026, 16:47
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
29-04-2026, 16:05
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
29-04-2026, 15:33
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi
29-04-2026, 14:58
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
29-04-2026, 14:26
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
29-04-2026, 12:41
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
29-04-2026, 12:09
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29-04-2026, 11:44
Sara Əzimovaya yeni vəzifə verilib
29-04-2026, 11:11
Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"
29-04-2026, 10:29
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
29-04-2026, 09:54
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb