Fransa müstəmləkəçiliyinin ifşası - Prosesə BMT də qoşulur - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 200
8 Kas 2024 | 15:42
Fransa müstəmləkəçiliyinin ifşası - Prosesə BMT də qoşulur - ŞƏRH


Müstəmləkəçilik, yaxud kolo­nializm onu həyata keçirən ölkələrin tarixində si­linməz ləkədir. Fransa bu rüsvayçılıq siyahısında ilk yerdə qərarlaşıb.

Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır.

Həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırılır, müstəmləkə ərazilərin istismarı davam etdirilir, oradakı milli azlıqların hüquqları tapdalanır.

Fransa, həmçinin, başqa ölkələrin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışır, anti-Azərbaycan qətnamə və qərarların qəbuluna çalışır.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib. Bildirilib ki, rəsmi Paris Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.
Fransa müstəmləkəçiliyinin ifşası - Prosesə BMT də qoşulur - ŞƏRH

Komitənin bəyanatında qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanları Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq edib və bu, bir neçə nəfərin ölümünə və yüzlərlə yaralının olmasına səbəb olub, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da var.

"Komitə həmçinin nümayişlərdə asayişin qorunması zamanı həddindən artıq güc tətbiq edilməsindən və 2024-cü ilin may ayından Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliklərə qarşı etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və bunun bir neçə nəfərin ölümünə səbəb olması ilə bağlı dərin narahatlıq keçirir", - deyə qurumdan bildirilib.

BMT qurumu qeyd edib ki, Fransa həmçinin xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədindən məcburi geri qaytarır və sığınacaq prosedurlarına çıxışlarını məhdudlaşdırır. Bu cür hərəkətlərlə Fransa hakimiyyəti insanların həyatına etinasız yanaşdığını nümayiş etdirir. "Komitə həmçinin Fransanı miqrantları kifayət qədər layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində, eləcə də Mayotda sığınacaq axtaranlarla, qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırır", - bəyanatda deyilib.
Fransa müstəmləkəçiliyinin ifşası - Prosesə BMT də qoşulur - ŞƏRH

Vurğulanıb ki, Fransa Yeni Kaledoniya ilə yanaşı, Fransız Polineziyasının da yerli xalqlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini asanlaşdırmalı və sürətləndirməlidir. Paris öz müqəddəratını təyinetmə prosesi ilə bağlı hər hansı bir tədbir həyata keçirməkdən öncə hər iki bölgənin yerli xalqları ilə məsləhətləşərək onların razılığını almalıdır.

Sözügedən sənədə əsasən, komitə Fransa vətəndaşlarının dinc toplaşmaq hüquqlarının pozulmasından son dərəcə narahatdır. Bu istiqamətdə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığı fakt kimi göstərilib, həmçinin nümayişlərin, o cümlədən Fələstin xalqının dəstəklənməsi ilə bağlı aksiyaların keçirilməsinə qadağaların sayının artmasına diqqət çəkilib.

Faktlardan da göründüyü kimi, Fransa neokolonializm siyasətinin aktiv müdafiəçisidir. Bu ölkə, həmçinin islamofobiyadan da qurtula bilmir. Onun mənfur kolonial və islamofob siyasətinə qarşı çıxanlara isə müxtəlif cür cəza üsulları tətbiq etməkdən çəkinmir. Məsələn, kolonializmə qarşı ardıcıl mübarizə aparması ilə tanınan pakistanəsilli Böyük Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin başına gətirilənləri yada salaq. Fransa hakimiyyət orqanları onun BMT-nin Cenevrədəki missiyasındakı konfransda iştirakının qarşısını alıb. Məhz Fransa Prezidenti Emmanuel Makron hökumətinin tələbi ilə Rəbbani BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmayıb.
Fransa müstəmləkəçiliyinin ifşası - Prosesə BMT də qoşulur - ŞƏRH

Məlumat üçün bildirək ki, M.Rəbbani E.Makronun hakimiyyətinin islamofob və neokolonial siyasətini ardıcıl olaraq pisləməsi ilə tanınır.

Fransada islamofobiyanın yayılmasını, insan hüquqlarının kobud şəkildə pozulmasını bəyan etməsi, hökumətin müsəlmanlara qarşı indiki siyasətini təhqiramiz adlandırması hüquq müdafiəçisini dünyada məşhur edib. O hesab edir ki, Fransada müsəlman bu ölkənin qaydaları ilə yaşamasa, cəmiyyətdə hamının üz döndərdiyi şəxsə çevrilir. Məsələn, müsəlman qız öz dininin tələblərinə uyğun geyindiyi üçün məktəbə buraxılmaya və təhsil hüququndan məhrum edilə bilər: “Bu, yenə də ikili standartlar siyasətidir”. Görünür, elə bu səbəbdən də Fransa onun irqçi siyasətini sərt tənqid edən bu şəxsə qarşı açıq fəaliyyətə keçib.

Son olaraq, liberal dəyərlərdən danışan Makron Fransası bilməlidir ki, dünyada ən böyük dəyər insan hüquqlarının qorunması, ona əməl olunmasıdır. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, Paris üçün dəyər anlayışı öz maraqlarına qədərdir. “Öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaran” Fransa bütün bu fəaliyyətlərindən əl çəkməlidir. Müasir, sivil dünya Parisdən məhz bunu tələb edir.(Report)
Dün, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Dün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Dün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Dün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Dün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Dün, 15:26
I sinfə qəbul başlayır
Dün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Dün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Dün, 11:25
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Dün, 10:36
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Dün, 10:05
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
Dün, 09:37
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Dün, 09:11
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
Dün, 08:55
XTQ-nin yaradılmasından 27 il ötür
29-04-2026, 16:47
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
29-04-2026, 16:05
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
29-04-2026, 15:33
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi
29-04-2026, 14:58
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
29-04-2026, 14:26
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
29-04-2026, 12:41
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
29-04-2026, 12:09
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29-04-2026, 11:44
Sara Əzimovaya yeni vəzifə verilib
29-04-2026, 11:11
Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"
29-04-2026, 10:29
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA
29-04-2026, 09:54
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb