AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
Gündəm / Cəmiyyət
Oxunub: 0
25 Eyl 2024 | 15:07
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edir.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir.

Qərb ölkələrinin təcrübəsində istifadə olunan innovativ metodların tətbiqi ilə bu proses sürətlə və səmərəli şəkildə həyata keçirilir. Yollarda asfalt örtüyünün boyanması, həmçinin nişanlanma xətlərinin silinməsi üçün xüsusi texnikalardan istifadə olunur.

Hərəkətin sıx olduğu Xocalı prospektində (metronun “Xətai” stansiyasından Yusif Səfərov küçəsi ilə kəsişməyədək) sözügedən texnika vasitəsilə yeni nişanlanma işləri aparılıb. Prospektdə mövcud 2 zolaq və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib.

Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində isə üfüqi yol nişanlanması işləri həyata keçirilib. Həmçinin parklanma yerləri saxlanılmaqla, hərəkət zolaqlarının eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik vasitələri üçün zolaq və nəqliyyat vasitələri üçün 2 hərəkət zolağı təşkil edilib. Ərazidə zolaqlar kanallaşdırılıb. Bu da yol səthinin daha səmərəli istifadəsinə şərait yaradır.

Xaqani küçəsində ötürmə imkanlarına xələl gətirmədən həm avtomobillərin maneəsiz hərəkəti və parklanması, həm də mikromobillik vasitələrindən istifadə edən vətəndaşların rahat hərəkəti üçün optimal şərait yaradılmasına nail olunub. Belə ki, bu küçədə innovativ yanaşma tətbiq edilərək velosiped zolaqları parklanma yerlərindən əvvəl təşkil edilib. Bu isə velosipedçilərin təhlükəsizliyini təmin etməklə yanaşı, avtomobillərin də parklanma zamanı rahat hərəkətinə imkan yaradır. Bu təcrübə dünyanın bir çox ölkələrində uğurla sınaqdan keçirilib.

Xaqani küçəsində parklanma yerlərinin saxlanılmasında əsas məqsəd mobilliyin idarə olunması və əlçatanlığın maksimum dərəcədə təmin edilməsidir. Bundan əlavə, bütün küçə boyu velosiped yollarının təşkili nəzərdə tutulur. Bu da Bakı şəhərində mikromobillik vasitələrinin hərəkət zonalarının genişləndirilməsi konsepsiyasına uyğundur.

28 May küçəsində də genişmiqyaslı işlər aparılıb. Burada yolun hərəkət hissəsinin sol tərəfində mikromobillik vasitələri, sağ tərəfində ictimai nəqliyyat, onların arasında isə ümumi istifadə üçün zolaqlar təşkil olunub. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerləri də yaradılıb. Bununla da paytaxtın nəqliyyatın intensiv olduğu mərkəzi küçələrindən birində mobilliyin təmin edilməsi üçün bütün tələblər nəzərə alınaraq hərəkət iştirakçıları üçün müvafiq şərait yaradılıb.
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
Bugün, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Bugün, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
Bugün, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
Bugün, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
Bugün, 16:38
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
Bugün, 15:57
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
Bugün, 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Bugün, 14:47
Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
Bugün, 14:11
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
Bugün, 13:17
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Bugün, 12:46
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
Bugün, 12:17
"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
Bugün, 11:48
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
Bugün, 11:16
Milli Məclisin iclası başladı
Bugün, 10:09
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Bugün, 09:41
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
Bugün, 09:04
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Dün, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Dün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Dün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Dün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Dün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Dün, 15:26
I sinfə qəbul başlayır
Dün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Dün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib