Prezidentdən neft sənayesi işçilərinə - Təbrik
Gündəm / Siyasət
Oxunub: 0
20 Eyl 2024 | 17:15
Prezidentdən neft sənayesi işçilərinə - Təbrik

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib.

Təbrikində ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi”nin və Neftçilər Gününün məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Otuz il öncə Ulu Öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

Ümummilli Lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcək”.

Prezident İlham Əliyev vurğulayıb ki, daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır.

Neftçilərin Azərbaycanın neft sənayesindəki uğurlarının gələcək nəsillərə də örnək olacağına inandığını qeyd edən dövlət başçısı bildirib: “Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!”.








Bugün, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Bugün, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
Bugün, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
Bugün, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
Bugün, 16:38
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
Bugün, 15:57
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
Bugün, 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Bugün, 14:47
Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
Bugün, 14:11
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
Bugün, 13:17
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Bugün, 12:46
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
Bugün, 12:17
"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
Bugün, 11:48
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
Bugün, 11:16
Milli Məclisin iclası başladı
Bugün, 10:09
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Bugün, 09:41
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
Bugün, 09:04
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Dün, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Dün, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dün, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Dün, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
Dün, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
Dün, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Dün, 15:26
I sinfə qəbul başlayır
Dün, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dün, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
Dün, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib